• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

Pezeşkian sözünü kəsən şəxsin cavabını Azərbaycan dilində verdi - VİDEO

07 Yanvar, 26 / 13:41
A A
Pezeşkian sözünü kəsən şəxsin cavabını Azərbaycan dilində verdi - VİDEO

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

İran prezidenti Məsud Pezeşkian rəsmi tədbir zamanı türk dilində səsləndirdiyi atalar sözü ilə diqqət çəkib.

Pezeşkian “İslami şuraların yeri və konstitusiyada xalqın iştirakı” mövzusunda keçirilən simpoziumda çıxışı zamanı maraqlı an yaşanıb. Prezidentin nitqi zalda əyləşən dinləyicilərdən birinin tez-tez onun sözünü kəsməsi ilə dəfələrlə yarımçıq qalıb. Bu vəziyyətə yumorla reaksiya verən Pezeşkian dinləyiciyə türk dilində müraciət edib.

O, “Biz türklərin sözü ilə – adını qoydun Rəşid, birini dedin, birini də eşit” deyərək zalda alqış və gülüş doğuran xəbərdarlıq edib. İran dövlət televiziyası və yerli media çıxışın bu hissəsini geniş şəkildə yayımlayıb.

Sosial şəbəkələrdə yayılan kadrlarda Pezeşkianın dinləyicinin reaksiyasına cavab olaraq “Qardaş, qoy sözümü deyim, təsdiqləmə, dinlə” deməsi də diqqət çəkib. Hadisə qısa müddətdə İran və region mediasında müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, İran prezidentləri zaman-zaman çıxışlarında və şeir nümunələrində türk dilinə yer veriblər. İranın sabiq prezidenti Mahmud Əhmədinejad 2006-cı ildə Təbrizə səfəri zamanı böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın şeirini Azərbaycan türkcəsində səsləndirmişdi.

Məsud Pezeşkianın özü də bundan əvvəl Təbriz Mədəniyyət Həftəsinin bağlanış mərasimində Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” poemasından parçalar oxumuşdu.

 

//Musavat.com

Previous Post

Nurullayevlərin dəbdəbəli toyu - Aygün Kazımovaya 100, Nanəyə 25 min veriblər - FOTO

Next Post

Sabah hava necə olacaq?

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.