ABŞ-ın Vladimir Putin-i G20 zirvəsinə dəvət etməyi nəzərdən keçirdiyi bildirilir. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, bu iddia “Washington Post”da yer alıb.
Nəşrin məlumatına görə Dekabrda Mayami-də keçiriləcək zirvə üçün bu məsələ gündəmdədir. Nəşrin mənbələri Rusiyanın G20 üzvü kimi tədbirə dəvət olunmasının gözlənildiyini qeyd edir. Donald Tramp isə belə bir dəvətdən xəbərsiz olduğunu, lakin etiraz etməyəcəyini deyib.
Putin son illərdə G20 liderlər zirvələrinə şəxsən qatılmır və bu məsələ müzakirə mövzusu olaraq qalır.
//Nəzər.Media
