• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Putin AZAL-ın təyyarə qəzasından danışdı

09 Oktyabr, 25 / 16:07
A A
Putin AZAL-ın təyyarə qəzasından danışdı

Xəbər verdiyimiz kimi, Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçılarının sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında təkbətək görüş keçirilib.

Görüş zamanı Prezident Vladimir Putin AZAL aviaşirkətinə məxsus təyyarənin Aktauda baş vermiş insidentlə bağlı bir daha başsağlığını ifadə edib.

O, qeyd edib ki, hadisədən dərhal sonra Azərbaycan Prezidentinə telefonla zəng edərək üzrxahlığını çatdırıb.

Rusiya Prezidenti bildirib ki, hadisə ilə bağlı araşdırma artıq başa çatmaq üzrədir və yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq. O, həmin gün Rusiyanın hava məkanında bir sıra qeyri-qanuni müdaxilələrin qeydə alındığını, buna cavab olaraq Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) atəş açdığını vurğulayıb.

Putin qeyd edib ki, atəş birbaşa AZAL-a məxsus sərnişin təyyarəsinə yönəlməyib, lakin partlayış nəticəsində yaranan qəlpələr hava gəmisinə ziyan vurub.

Rusiya Prezidenti əlavə edib ki, baş vermiş hadisəyə görə məsuliyyət daşıyan şəxslər müəyyən ediləcək və qanunamüvafiq şəkildə cəzalandırılacaq. Bununla yanaşı, zərərçəkən tərəfə kompensasiyaların ödənilməsi təmin ediləcək.

Azərbaycan tərəfi hadisənin araşdırılmasının şəffaf aparılmasına və nəticələrin rəsmi qaydada paylaşılmasına xüsusi önəm verdiyini bildirib.

Qeyd edək ki, hadisə cəmiyyətin ciddi narahatlığına səbəb olmuşdu. Rusiya tərəfi baş verənlərə görə məsuliyyəti üzərinə götürərək, münasibətlərin sarsılmaması üçün bütün tədbirlərin görüləcəyini bəyan edib.

//milli.az

Previous Post

Minik avtomobili piyadanı vurdu

Next Post

İki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.