Rusiya Prezidenti Vladimir Putin Çinlə vizasız səfərin daimi olmasını təklif edib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Putin bu məsələ ilə bağlı Çin lideri Si Cinpinlə görüşdə danışıb.
O, iki ölkə arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyini bildirib. Hazırda Rusiya və Çin vətəndaşları qarşılıqlı səfərlərdə 30 günədək vizasız qala bilirlər. İki ölkə bu rejimi 2027-ci il dekabrın 31-dək uzatmaq barədə razılaşıb.
//Nəzər.Media
