
Azərbaycan Premyer Liqasının XXXI turu çərçivəsində keçirilən “Qəbələ”-“Qarabağ” oyunu başa çatdı. Gərgin keçən oyunda tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldular-“Qəbələ”-“Qarabağ”-1:1
xxxx
Oyunun 57-ci dəqiqəsində İsmail Akinade “Qəbələ”nin bərabərlik topuna imza atdı-“Qəbələ”-“Qarabağ”-1:1
xxxxx
“Qəbələ”-“Qarabağ” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Qarabağ” 0:1 hesabda irəlidədir.
xxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşamasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edir. “Qırmızı-qaralar”la “köhlən atlar”ın görüşünü İnqilab Məmmədov idarə edir. Artıq oyunun 29-cu dəqiqəsində “Qarabağ” Kadi Borgesin qolu ilə hesabı açdı-“Qəbələ”-“Qarabağa”-0:1
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Kimyaçılar”la Muxtar Respublika təmsilçisnin görüşünü Rəvan Həmzəzadə idarə edəcək.
Turun sonuncu görüşləri bazar günü keçiriləcək.Bazar günü iki qarşılaşma baş tutucaq.
Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. “Boz qurd”la Yevlax təmsilçisinin görüşünü Əkbər Əhmədov idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Şamaxı”nı qəbul edəcək. “Ağ-qaralar”la “Şirlər”in görüşünü Tural Qurbanov idarə edəcək.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının XXXI turuna Cümə günü start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün və turun ilk görüşündə “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Zirə”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“İmişli”-“Zirə”-0:0. Görüşün ikinci hissəsində qol olmadı və görüş başladığı hesabla bitti-“İmişli”-“Zirə”-0:0.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“Sabah”-“Kəpəz”-0:0. Oyunun 46-cı dəqiqəsində “Kəpəz” Rəhman Hacıyevin qolu ilə hesabı açıb-“Sabah”-“Kəpəz”-0:1. Bu oyunda vurulan son qol olub və “Kəpəz” matçdan 0:1 qalib ayrıldı.
