
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində keçirilən “Şamaxı”-“Qəbələ” oyunu başa çatdı. Matç “Qəbələ”nin 0:4 hesablı üstünlüyü ilə başa çatdı.
xxxxx
Oyunun 90+4-cü dəqiqəsində Fərid İsgəndərov “Qəbələ”nin dördüncü topuna imza atdı-“Şamaxı”-“Qəbələ”-0:4
xxxx
Oyunun 81-ci dəqiqəsində İsmael Akinade “Qəbələ”nin üçüncü topuna imza atdı-“Şamaxı”-“Qəbələ”-0:3
xxxxx
Oyunun 46-cı dəqiqəsində İsaak Amoah “Qəbələ”nin ikinci topuna imza atdı-“Şamaxı”-“Qəbələ”-0:2
xxxx
“Şamaxı”-“Qəbələ” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Qəbələ” 0:1 hesabı ilə hesabda öndədir.
xxxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonra XVII tura start verilib. 2026-cı ilin ilk turu üçün PFL bu günə iki qarşılaşma təyin edib.
İlk olaraq “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edir. “Şirlər” bu oyunda növbəti üç xalını qazanmağa çalışır. “Qəbələ” isə 2026-cı ildə ilk oyununda ən azından məğlub olmamaq haqqında düşünür. Hakim Rəşad Əhmədovun idarə etdiyi qarşılaşmada artıq oyunun 45-ci dəqiqəsində “Qəbələ” Domi Massumonun qolu ilə hesabı açıd-“Şamaxı”-“Qəbələ”-0:1
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Gününü ikinci qarşılaşmasında Avropadakı fəxrimiz “Qarabağ” “Azərsun Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. UEFA Çempiolar Liqasında möhtəşəm qələbə qazanan “köhlən atlar” bu oyunda rahat qələbə qazanmaq haqqında düşünəcək. Nizami yurdunun təmsilçisi Almaniya təmsilçisinə qalib gələn rəqibinə ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionun”da “Turan Tovuz”gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. Həm “Boz qurd” həm də “kimyaçılar” ilə qələbə ilə başlmaq istəyəcəklər.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. “Bayquşlar” meydana üç xal üçün çıxacaq. Audsayder isə ilin ilk oyununda ən azı məğlub olmamaq haqqında düşünəcək.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna dünən start verilib.
İlin günün və turun ilk qarşılaşmasında Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Artıq oyunun 5-ci dəqiqəsində “İmişli” Luis Silvestrin qolu ilə hesabı açıb-“İmişli”-“Araz-Naxçıvan”-1:0. Oyunun 14-cü dəqiqəsində Şarl Boli “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atıb-“İmişli”-“Araz-Naxçıvan”-1:1. Görüşün ilk hissəsi tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“İmişli”-“Araz-Naxçıvan”-1:1.Oyunun 84-cü dəqiqəsində Dioqo Almeyda “İmişli”nin ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-“İmişli”-“Araz-2:1. Oyunun 90+1-ci dəqiqəsində Ramon Maçado “Araz-Naxçıvan”ın iknci topuna imza ataraq hesabı yenidən bərabərləşdirib-“İmişli”-“Araz-Naxçıvan”-2:2. Bu oyunda vurulan son qol olub və tərəflər hərəyə iki dəfə fərqlənməklə bir xala qane oldular-“İmişli”-“Araz-Naxçıvan”-2:2.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Zirə”ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyəib-“Neftçi”-“Zirə”-0:0. Oyunun ikinci hissəsində qol olmayıb və beləcə görüş başladığı hesabla bitib-“Neftçi”-“Zirə”
