Dünən futbol üzrı Azərbaycan Premyer Liqasında V tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün açılış qarşılşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. Qələbə üzünə həsrət “Qəbələ” bu oyunda qələbə qazanamağa çalışacaq. Xal üzünə həsrət Nizami yurdunun təmsilçiləri isə bu oyunda ən azı ilk xalını qazanmağa çalışacaq.Hakim Kamal Umudlunun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Qəbələ”nin start heyəti:
1. Səlahət Ağayev (GK)
13. Nicat Əliyev
74. Süleyman Damadayev
10. Şahin Şahniyarov
27. Eşqin Əhmədov
12. İbrahim Sanqare
50. Adriel Ba Loua
3. Eduardo Kunde
6. Xayme Syerra
16. İsaak Amoah
14. Domi Massumo
“Qəbələ”nin ehtiyat oyunçuları:
94. Həbib Hüşənov(GK)
7. Rüfət Əhmədov
11. Asif Məmmədov
70. Paulo Quimbila
21. Ziya Şəkərxanov
30. Prins Ovusu
22. Fərid İsgəndərov
28. Murad Musayev
66. Nuğay Rəşidov
26. Elnur Mustafayev
17. Qədir Ramazanov
“Qəbələ”nin baş məşqçisi:Kaxaber Tsxadadze
“Kəpəz”in start heyəti:
22. Məmməd Hüseynov(GK)
27. Məqsəd İsayev
7. Ehtiram Şahverdiyev
88. Şakir Seyidov
9. Luis Paçu
11. Vitor Feijao
29. Dioqo Verdaska
12. Mahamadu Ba (k)
10. Ryonosuke Ohori
38. Cefferson Bentu
6. Pedro Qomeş
“Kəpəz”in ehtiyat oyunları:
1. Kaçper Rosa(GK)
81. Elgün Bayramov(GK)
55. Kresus Donqo
99. Əli Səmədov
77. Fərid Nəbiyev
21. Sadiq Şəfiyev
55. Kresus Donqo
20. Elcan Əbilov
17. Ümid Səmədov
15. Raul Məmmədov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
19. Otar Aptsiauri
“Kəpəz”in baş məşqçisi:Adil Şükürov
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Turan Tovuz”u qəbul edəcək. “Bayquşlar” matça üç xal üçün çıxacaq. Tovuzlularda bu oyunda növbəti qələbələrini qazanmağa çalışacaq.
Bazar günü iki qarşılaşma tutacaq.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da Azərbaycan futbolunun nəhəngi “Qarabağ”ı qəbul edəcək. Muxtar Respublika təmsilçisi səfərdə “Benifika”nı məğlub edən komandaya öz evində ən azından məğlub olmamaq haqqında düşünəcək. “Köhlən atlar” isə bu oyunda növbəti üç xalını qazanmağa çalışacaq.
Günün və turun sonuncu qarşılşamasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Neftçi”ni qəbul edəcək. Keçən tur texniki qələbənin sayəsində üç xal əldə edib turnir cədvəlinin 1-ci sırasına yüksələn “kimyaçılar” bu oyunda həqiqi qələbə qazanaraq mövqeylərini qorumaq istəyəcək. “Neftçi”də bu oyunda mövsümdə ilk qələbəsini qazanmağa çalışacaq.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda “İmişli”ni qəbul edib.Artıq oyunun 12-ci dəqiqəsində “İmişli” Dioqo Almeydanın qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“İmişli”-0:1.Oyunun 15-ci dəqiqəsində Edvin Banquera “İmişli”nin ikinci topuna imza atıb-“Karvan-Yevlax”-“İmişli”-0:2. İlk hissə “İmişli”nin 0:2 üstünlüyü ilə başa çatıb. Oyunun 80-ci dəqiqəsində Azər Salahlı “İmişli”nin üçüncü topuna imza atıb-“Karvan-Yevlax”-“İmişli”-0:3. Bu oyunda vurulan sonuncu qol olub və “İmişli” 3 xalı 3 cavabsız qol vurmaqla qazanıb.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Şamaxı”nı qəbul edib. Artıq oyunun 24-ci dəqiqəsində “Şamaxı” Karim Rossinin qolu ilə “Şamaxı” hesabı açıb-“Zirə”-“Şamaxı”-0:1. İlk hissə “Şamaxı”nın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 83-cü dəqiqəsində Junior Martins “Zirə”nin bərabərlik topuna imza atıb-“Zirə”-“Şamaxı”-1:1. Oyunun 87-ci dəqiqəsində Junior Martins dubla imza ataraq özünün və “Zirə”nin ikinci topuna imza atıb və komandasını hesabda önə keçirib-“Zirə”-“Şamaxı”-2:1. Bu oyunda vurulan sonuncu qol olub və “Zirə” matçdan 2:1 qalib ayrılıb.
