Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda gənlik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Qəbələ” bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək. “Kimyaçılar” isə matçda üç xal üçün çıxacaq. Hakim Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Qəbələ”nin start heyəti:
1. Səlahət Ağayev(GK)
28. Murad Musayev (C)
13. Nicat Əliyev
74. Süleyman Damadayev
27. Eşqin Əhmədov
50. Adriel Ba Loua
42. Jondo Fuxs
6. Xayme Syerra
16. İsaak Amoah
14. Domi Massumo
30. Prins Ovusu
“Qəbələ”nin ehtiyat oyunçuları:
94. Həbib Hüşənov(GK)
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
97. Elşad Tağıyev
7. Rüfət Əhmədov
66. Nuğay Rəşidov
10. Şahin Şahniyarov
26. Elnur Mustafayev
17. Qədir Ramazanov
21. Ziya Şəkərxanov
12. İbrahim Sanqare
70. Paulo Quimbila
“Qəbələ”nin baş məşqçisi: Kaxaber Tsxadadze
“Sumqayıt”ın start heyəti:
1. Mehdi Cənnətov(GK)
7. Rüstəm Əhmədzadə
8. Səbuhi Abdullazadə (k)
19. Roi Kehat
9. Aleksandr Ramalinqom
14. Pedro Pinto
10. Nikola Ninkoviç
72. Rayan Senhadji
23. Ronaldo Vaskez
80. Keffel Resende
25. Abdul Raşid Mumini
“Sumqayıt”ın ehtiyat oyunçuları:
22. Xəyal Fərzullayev(GK)
56. Aftandil Arixov
3. Höccət Haqverdi
6. Rauf Rüstəmli
21. Nihad Əhmədzadə
75. Nadir Orucov
66. Ruslan Əliyev
71. Masaki Murata
95. Nsana Simon
“Sumqayıt”ın baş məşqçisi:Saşa İliç
Turun digər görüşləri sabah və Bazar günün keçiriləcək. Sabah iki qarşılaşma baş tutacaq.
Şənbə günü ilk olaraq “Araz-Naxçıvan” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. Muxtar Respublika təmsilçiləri bu oyunda üç xal qazanmağa çalışacaq . Yevlax təmsilçisi isə matça ən azında məğlub olmamaq haqqında düşünəcək.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. Həm “mavi qartallar” həm “boz qurd” bu oyunda qələbə qazanmaq istəyəcək.
Turun sonuncu görüşləri Bazar günü keçirilcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
İlk olaraq qədim Gəncə təmsilçisi “Kəpəz” “Qəbələ Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. Nizami yurdunun təmsilçiləri bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək. “Bayquşlar” isə meydana üç xal üçün çıxacaq.
Günün və Zəfər turunun sonuncu görüşündə “Azərsun Arena”da “Qarabağ” “Neftçi”ni qəbul edəcək. “Çelsi”yə məğlub olmayan “köhlən atlar” Azərbaycan derbisində də qələbə qazanmaq istəyəcək. Abubaklı “Neftçi”də bu oyunda Azərkeşlərini sevindirmək arzusunda olacaq.
