Həmas və İsrail arasında başlanan münaqişədən sonra Qəzzada çətin humanitar böhran davam etməkdədir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, silahlı hücumlar və bombardımanlarla yanaşı aclıq və susuzluqda insanların ölümünə səbəb olub.
Son 24 saatda Qəzzada 5 nəfər acından ölüb. Bununlada münaqişə başlayandan bəri acından ölənlərin sayı 180 nəfərə yüksəlib. Qida çatışmamazlığından ölənlərin 93-ü azyaşlılardır.
Qeyd edək ki, münaqişə başlayandan 2.3 milyon əhalalisi olan Qəzzanın 2 milyon əhalisi yerini yurdunu tərk etmək məcburiyyətində qalıb.
//Nəzər.Media
