Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Araz-Naxçıvan”ı qəbul edəcək. UEFA Çempionlar Liqasında gözlənilməz olaraq məğlubiyyətə düçar olan “köhlən atlar” Premyer Liqanın oyununda qələbə qazanmağa çalışacaq. Muxtar Respublika təmsilçisi bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək. Hakim Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri məlumdur:
“Qarabağ”ın start heyəti:
99. Mateus Koxalski(GK)
55. Bədavi Hüseynov (C)
77. Ramil Şeydayev
27. Toral Bayramov
22. Musa Qurbanlı
7. Nəriman Axundzadə
3. Sami Mmae
9. Joni Montiel
18. Dani Bolt
15. Leandro Andrade
35. Pedro Bikalyo
“Qarabağ”ın ehtiyat oyunçuları:
97. Fabian Buntiç(GK)
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
32. Hikmət Cəbrayılzadə
10. Abdullah Zubir
81. Kevin Medina
8. Marko Yankoviç
6. Kris Kuaku
21. Aleksey Kaşuk
11. Emmanuel Addai
17. Kamilo Duran
“Qarabağ”ın baş məşqçisi:Qurban Qurbanov
“Araz-Naxçıvan”ın ehtiyat oyunçuları:
12. Kristian Avram(GK)
34. Urfan Abbasov (C)
3. Bəxtiyar Həsənalızadə
8. Coşqun Diniyev
6. Patrik Andrade
29. Vanderson Melo
17. İssuf Paro
23. Nuno Rodriqes
11. Ba-Muaka Simakala
77. Bruno Franko
70. Şarl Boli
“Araz-Naxçıvan”ın ehtiyat oyunçuları:
94. Tərlan Əhmədli(GK)
2. Qara Qarayev
5. Slavik Alxasov
14. Ülvi İsgəndərov
26. Ömər Buludov
22. Elçin Mustafayev
24. Mustafa Əhmədzadə
16. Ramon Maçado
19. Bar Kohen
“Araz-Naxçıvan”ın baş məşqçisi:Elmar Baxşıyev
Turun digər oyunları Bazar ertəsi günü baş tutacaq. Bazar ertəsi günü iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. “İmişli” matça üç xal üçün çıxacaq. Yevlaxlılar isə bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Günün və turun sonncu oyununda “Neftçi” “Palms Sports Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Ağ-qaralar” bu oyunda yeni baş məşqçilərinin rəhbərliyi ilə növbəti qələbəsini qazanmağa çalışacaq. “Kimyaçılar”da matça üç xal üçün çıxacaq.
Qeyd ediyimiz kimi, futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura dünən start verilib. PFL açılış gününə iki qarşılaşma təyin etmişdi.
Günün və turun açılış oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Zirə”ni qəbul edib. Artıq oyunun 8-ci dəqiqəsində “Zirə” Giorgi Papunaşvilinin qolu ilə hesabı açıb-“Şamaxı”-“Zirə”-0:1. İlk hissə “Zirə”nin 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 54-cü dəqiqəsində Alfons Msanqa “Şamaxı”nın bərabərlik topuna imza atıb-“Şamaxı”-“Zirə”-1:1. Oyunun 62-ci dəqiqəsində Karim Ross penaltidən “Şamaxı”nın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Şamaxı”-“Zirə”-2:1. Bu oyunda vurulan son qol oldu və “Şamaxı” matçdan 2:1 qalib ayrıldı.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Sabah”ı qəbul edib. artıq oyunun 31-ci dəqiqəsində “Sabah” Coy Lens Mikelsin qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Sabah”-0:1. İlk hissə “Sabah”ın 0:1 üstünlüyü ilə başa çatıb.Oyunun 68-ci dəqiqəsində Velko Simiç “Sabah”ın ikinci topuna imza atıb-“Turan Tovuz”-“Sabah”-0:2. Oyunun 79-cu dəqiqəsində Umarali Raxmonaliyev “Sabah”ın üçüncü topuan imza atıb-“Turan Tovuz”-“Sabah”-0:3. Oyunun 82-ci dəqiqəsində “Turan Tovuz” Filip Ozobiçin qolu ilə hesab arasındakı fərqi azaldıb-“Turan Tovuz”-“Sabah”-1:3. Bu oyunda vurulan son qol oldu və “Sabah” matçdan 1:3 qalib ayrıldı.
Bu gün bir qarşılaşma baş tutub.
Günün açılış oyununda qədim Gəncə təmsilçisi “Kəpəz” “Qəbələ”ni qəbul edib. Artıq oyunun 38-ci dəqiqəsində “Qəbələ” azlıqda qalıb. Komandanın heyətində İbrahim Sanqare qırmızı vərəqə alaraq meydandan qovulub -“Kəpəz”-“Qəbələ”-0:0. Görüşün ilk hissəsi başladığı hesabla bittib-“Kəpəz”-“Qəbələ”-0:0. Oyunun 54-cü dəqiqəsində “Kəpəz” Ryonosuke Ohorinin qolu ilə hesabı açıb-“Kəpəz”-“Qəbələ”-1:0. Bu oyunda vurulan son qol olub və “Kəpəz” matçdan 1:0 qalib ayrılıb.
