Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçirilən “Qarabağ”-“Sumqayıt” oyunu başa çatdı. Gərgin keçən matçda “Sumqayıt” 0:1 qalib gəldi.
xxxx
Oyunun 72-ci dəqiqəsində “Sumqayıt” Ronaldo Vaskezin qolu ilə hesabı açdı-“Qarabağ”-“Sumqayıt”-0:1
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edir. UEFA Çempionlar Liqasınım play-off mərhəlsinin cavab görüşü ərəfəsində “köhlən atlar” çox güc sərf etmədən qələbə qazanmaq istəyəcək. “Kimyaçılar” isə maçtda ən azından məğlub olmamaq haqqında düşünür. Hakim Cavid Cəlilovun idarə etdiyi oyunda artıq ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Qarabağ”-“Sumqayıt”-0:0
Turun digər görüşləri Cümə, Şənbə və Bazar günü və Bazar Ertəsi günü keçiriləcək. Şənbə günü bir qarşılaşma baş tutacaq.
Şənbə günü günün yeganə qarşılaşmasında “Kəpəz” “Qəbələ Şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. Nizami yurdunun təmsilçiləri bu oyunda ilk üç xallarını qazanmağı düşünəcək. İlk turda bir xala sevinən Yevlax təmsilçisi də bu oyunda xal qazanmaq niyyətində olacaq.
Bazar günü iki qarşılaşma baş tutacaq.
Bazar günü günün ilk oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. “Şirlər” doğma publika önünüdə məğlub olmamaq haqqında düşünəcək. “Bayquşlar” isə mövsümdə ilk qələbələrini qazanmağa çalışacaq.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arena”da “Araz-Naxçıvan”ı qəbul edəcək. Tovuzlular mövsümdə ikinci qələbələrini qazanmağa çalışacaq. Muxtar Respublika təmsilçisi də meydana qələbə üçün çıxacaq.
Turun sonuncu görüşü Bazar ertəsi günü baş tutacaq.
Günün yeganə və turun sonuncu qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Zirə”ni qəbul edəcək. “Qəbələ” doğma publika önün qələbə qazanmağa çalışacaq. “Mavi qartllar”da matçdan üç xalla ayrılmağa çalışacaq.
Bu gün bir qarşılaşma baş tutub.
Turun açılış matçında “İmişli” “Şamaxı Şəhər Stadionu”nda “Neftçi”ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“İmişli”-“Neftçi”-0:0. Oyunun ikinci hissəsi də qolsuz bərabərliklə bitib. Beləcə görüş başladığı hesabla bitib-“İmişli”-Neftçi”-0:0.
