Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının IV turunun “Qarabağ” – “Çelsi” matçına Avstriyadan olan hakimlər briqadası təyinat alıb.
Nəzər.Media xəbər verir ki, görüşün baş hakimi Sebastian Gishamer olacaq. Ona Roland Riedel və Santino Schreiner kömək edəcəklər. Dördüncü hakim Valter Altmann, VAR-da hakimi Manuel Schuettengruber, AVAR-da isə Josef Spurny olacaq.
Qeyd edək ki, oyun noyabrın 5-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
