UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən “Qarabağ”- “Şelburn” oyunu başa çatdı. Gərgin keçən oyunda 1:0 qalib gələn “Qarabağ” ümumi hesabda 4:0 qalib gələrək III təsnifat mərhələsinə yüksəlməyə nail olub-“Qarabağ”- “Şelburn”-1:0(4:0)
xxxx
“Qarabağ”-“Şelburn” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Qarabağ” 1:0 ümumi hesabda 4:0 irəlidədir.
xxxx
“Qarabağ”mız UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Tofiq Bəhramov adına Respublika Stadionu”nda İralandiyanın “Şelburn” klubunu qəbul edir. “Qarabağ” səfərdəki qələbədən sonra növbəti mərhələ haqqında düşünür. Qonaqlar isə Bakıda möcüzə axtarışındadır. Oyunu İtaliyadan olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Andrea Kolombodur. Ona ədaləti təmsil etməkdə həmyerliləri Stefano Alassio və Dario Cekkoni kömək edir. VAR-da Daniele Doveriyə Daniele Paterna kömək edir. Artıq oyunun 44-cü dəqiqəsində “Qarabağ” “Şelburn” oyunçusu Con Martinin avtoqolu ilə hesabı açaraq ümumi hesabı artırdı-“Qarabağ”-“Şelburn”-1:0(4:0)
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulub. Təmsilçimiz ilk oyunda İyulun 23-də Dublindəki “Tolka Park” stadionunda “Şelburn”un qonağı olub. Oyunun 13-cü dəqiqəsində “köhlən atlar” Leandro Andradenin qolu ilə hesabı açıb-“Şelburn”-“Qarabağ”-0:1. Görüşün ilk hissəsi 0:1 “Qarabağ”ın xeyrinə başa çatıb. Oyunun 81-ci dəqiqəsində Aleksey Kaşuk “Qarabağ”ın üçüncü topuna imza atıb-“Şelburn”-“Qarabağ”-0:2. Oyunun 85-ci dəqiqəsində Nəriman Axundazadə “Qarabağ”ım üçüncü topuna imza atdı-“Şelburn”-“Qarabağ”-0:3. Bu oyunda vurulan son qol olub və “Qarabağ” matçadan 0:3 qalib ayrıdı.
