İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində keçirilən “Qəbələ”-“Qarabağ” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Qəbələ” 1:0 hesabı hesabda irəlidədir.
xxxx
Oyunun 79-cu dəqiqəsində Marko Yankoviç “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Qəbələ”-“Qarabağ”-1:2
xxxx
“Qəbələ”-“Qarabağ” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra tərəflər hərəyə bir dəfə fərqlənib-“Qəbələ”-“Qarabağ”-1:1
xxxx
Oyunun 27-ci dəqiqəsidə Bədavi Hüseynov “Qarabağ”ın bərabərlik topuna imza atdı-“Qəbələ”-“Qarabağ”-1:1
xxxx
Cümə günü futbol üzrə Azərbaycan Premeyer Liqasında XVI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Bazar günü ilk olaraq “Qəbələ Qəbələ Şəhər Stadionun”da “Qarabağ”ı qəbul edir. Meydan sahibləri bu oyunda ən azından məğlub olmamaq haqqında düşünür. “Qarabağ” isə matçda növbəti üç xalını qazanmağa çalışır. Hakim Əli Əliyevin idarə etdiyi qarşılaşmada artıq oyunun 6-cı dəqiqəsində “Qəbələ” Prins Ovusunun qolu ilə hesabı açıb-“Qəbələ”-“Qarabağ”-1:0
Bu gün bir qarşılaşma daha baş tutacaq.
Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena” “Şamaxı”nı qəbul edəcək. Turnir cədvəlində qonşu olan komandalar bu oyunda qələbə qazanmağa çalışcaq.
Turun sonuncu görüşü Bazar ertəsi günü keçiriləcək.
Bazar ertəsi günü günün yeganə və sonuncu oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər stadionun”da “Sabah”ı qəbul edəcək. Meydan sahiblərə matça üç xal üçün çıxacaq. “Bayquşlar” isə 2025-ci ildə liderliyini qorumaq üçün meydanda qələbə qazanmağa çalışacaq.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turuna Cümə günü start verilib. Açılş günüdə bir qarşlaşma baş tutub.
Günün yeganə və turun açılış qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edib. artıq oyunun 6-cı dəqiqəsində “Turan Tovuz” Alexandro Serranonun qolu ilə hesabı açıb-“Kəpəz”-“Turan Tovuz”-0:1. Oyunun ilk hissəsi “Turan Tovuz”un 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 47-ci dəqiqəsində Joarlem Santos “Turan Tovuz”un ikinci topuna imza atıb-“Turan Tovuz”-“Kəpəz”-0:2. Bu görüşdə vurulan son qol olub və “Turan Tovuz” matçdan 0:2 qalib ayrılıb.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Neftçi”ni qəbul edib. Artıq oyunun 45+9-cu dəqiqəsində “Karvan-Yevlax” Araz Abdullayevin penaltidən qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Neftçi”-1:0. İlk hissə “Karvan-Yevlax”ın 0:1 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun 61-ci dəqiqəsində Bassala Sambu “Neftçi”nin bərabərlik topuna imza atıb-“Karvan-Yevlax”-“Neftçi”-1:1.Oyunun 90+7-ci dəqiqəsində Emin Mahmudov penaltidən “Neftçi”nin ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Karvan-Yevlax”-“Neftçi”-1:2. Bu oyunda vurulan son qol oldu və “Neftçi” matçda 1:2 qalib gələrək ilə qələbə ilə yekun vurdu.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionun”da “İmişli”ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərlqənə bilməyib-“Zirə”-“İmişli”-0:0. Oyunun ikinci hissəsində də qol olmayıb və beləcə görüş başladığı hesabla bitib-“Zirə”-“İmişli”-0:0.
