Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək. PFL bu günə bir qarşılaşma təyin edib.
Günün yeganə və açılış oyununda “Qarabağ” “Azərsun Arena”da “İmişli”ni qəbul edəcək. Keçən tur xal itirən “Qarabağ” bu oyunda qələbə qazanmağa çalışacaq. “İmişli” bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək. Hakim Əli Əliyevin idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Qarabağ”ın start heyəti:
99. Mateus Koxalski(GK)
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
10. Abdullah Zubir (C)
81. Kevin Medina
8. Marko Yankoviç
20. Kadi Borqes
2. Mateus Silva
15. Leandro Andrade
35. Pedro Bikalyo
17. Kamilo Duran
“Qarabağ”ın ehtiyat oyunçuları:
1. Şahrudin Məhəmmədəliyev(GK)
97. Fabian Buntiç(GK)
6. Kris Kuaku
7. Nəriman Axundzadə
9. Joni Montiel
11. Emmanuel Addai
77. Ramil Şeydayev
30. Abbas Hüseynov
27. Toral Bayramov
3. Sami Mmae
18. Dani Bolt
21. Aleksey Kaşuk
“Qarabağ”ın baş məşqçisi:Qurban Qurbanov
“İmişli”nin start heyəti:
33. Andrey Sinenka(GK)
19. Azər Salahlı (C)
21. Abbas Ağazadə
5. İdris İnqilablı
94. Rafael Vieqaş
29. Edvin Banquera
14. Ronaldo de Souza
9. Dioqo Almeyda
23. Dioqo Rollo
17. Ezekiel Morqan
7. Luis Silvestr
“İmişli”nin ehtiyat oyunçuları:
1. Hüseynəli Quliyev(GK)
99. İmam Əli(GK)
6. Yau Mozes
97. Xəzər Mahmudov
22. İbrahim Əliyev
77. Elmir Rəhimzadə
44. Həzrət İsayev
27. Lətif Rzayev
3. Tuncay Yusifli
30. Xəlil Mürsəlli
10. Nikola Karaklaiç
“İmişli”nin baş məşqçisi:Jorj Kaşkilya
Günün digər görüşləri Şənbə, Bazar və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Səhər Stadionu”nda “Zirə”ni qəbul edəcək. Yevlax təmsilçisi bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək. “Mavi qartallar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Ağ-qaralar” bu oyunda növbəti qələbələrini qazanmağa çalışacaq. Nizami yurdunun təmsilçiləri ən qədim Azərbaycan derbisində məğlub olmamaq haqqında düşünəcək.
Turun digər görüşləri Bazar günün və Bazar Ertəsi günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionun”da “Şamaxı”nı qəbul edəcək. Tovuzlular doğma publika önündə qələbə qazanmaq istəyəcək. Keçən tur “Qarabağ”a məğlub olmayan “Şamaxı” bu oyunda xal qazanmağı planlaşdırıb.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Kimyaçılar” bu oyunda qələbə qazanmağa çalışacaq. Muxtar Respublika təmsilçisi də meydana qələbə üçün çıxacaq.
Tura Bazar ertəsi yekun vurulacaq. Bazar ertəsi bir qarşılaşma baş tutacaq.
Günün yeganə və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Qəbələ”ni qəbul edəcək. “Bayquşlar” matçda növbəti üç xallarını qazanmağa çalışacaq. “Qəbələ” isə oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
