Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. Çətin “Napoli” səfərindən sonra “köhlən atlar” bu oyunda audsayder üzərində rahat qələbə qazanmaq istəyəcək. Yexlaxlılar isə çətin səfərdən gələn rəqibdən səfərdə möcüzə nəticəsində 1 xal almağa çalışacaq. Hakim Kamranbəy Rəhimovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri məlumdur:
“Qarabağ”ın start heyəti:
97. Fabian Buntiç(GK)
55. Bədavi Hüseynov (C)
77. Ramil Şeydayev
27. Toral Bayramov
22. Musa Qurbanlı
7. Nəriman Axundzadə
3. Sami Mmae
9. Joni Montiel
18. Dani Bolt
6. Kris Kuaku
21. Aleksey Kaşuk
“Qarabağ”ın ehtiyat oyunçuları:
99. Mateus Koxalski(GK)
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
32. Hikmət Cəbrayılzadə
10. Abdullah Zubir
8. Marko Yankoviç
35. Pedro Bikalyo
11. Emmanuel Addai
17. Kamilo Duran
“Qarabağ”ın baş məşqçisi:Qurban Qurbanov
“Karvan-Yevlax”ın start heyəti:
1. Kamran İbrahimov(GK)
7. Araz Abdullayev (C)
32. Elvin Yunuszadə
33. Eltun Turabov
2. Şakil Sno
12. Vitor Roşa
11. Kayl Spens
37. Mois Nqvisani
19. Tompson Qavi
10. Samuel Durrant
4. Olavale Doyeni
“Karvan-Yevlax”ın ehtiyat oyunçuları:
25. Əmrah Bulud(GK)
42. İbrahim Qədirzadə
13. Vüsal Məsimov
22. Qabil Əlizadə
14. Uğur Cahangirov
77. Əli Abdullayev
5. Nika Çaçaşvili
3. Said İranxan
8. Peter Kinqs
21. İmani Barker
“Karvan-Yevlax”ın baş məşqçisi:Füzuli Məmmədov
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Bazar günü ilk olaraq “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Şamaxı” bu oyunda növbəti üç xalını qazanmağa çalışacaq. “Kimyaçılar”da bu oyuna üç xal üçün çıxacaq.
Günün və turun sonuncu oyununda “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. Meydan sahibləri bu oyunda ən azından məğlub olmamaq haqqında fikirləşəcək. Muxtar Respublika təmsilçisi isə bu oyunda növbəti üç xalını qazanmağa çalışacaq.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turuna dünən start verilib. PFL açılış gününə iki qarşılaşma təyin edib.
Günün ilk oyununda “Kəpəz” “Yevlax şəhər stadionu”nda “Zirə”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Kəpəz”-“Zirə”-0:0. Oyunun 62-ci dəqiqəsində “Zirə” Leroy Mikelsin qolu ilə hesabı açıb-“Kəpəz”-“Zirə”-0:1. Oyunun 84-cü dəqiqəsində İssa Cibrila “Zirə”nin ikinci topuna imza atıb-“Kəpəz”-“Zirə”-0:2. Bu oyunda vurulan son qol olub və “Zirə” matçdan 0:2 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Neftçi”ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“Turan Tovuz”-“Neftçi”-0:0. Oyunun ikinci hissəsi də qolsuz bərabərliklə bitib və beləcə görüş başladığı hesabla bitib-“Turan Tovuz”-“Neftçi”-0:0
