Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün və Zəfər turunun sonuncu görüşündə “Azərsun Arena”da “Qarabağ” “Neftçi”ni qəbul edəcək. “Çelsi”yə məğlub olmayan “köhlən atlar” Azərbaycan derbisində də qələbə qazanmaq istəyəcək. Abubaklı “Neftçi”də bu oyunda Azərkeşlərini sevindirmək arzusunda olacaq. Hakim Elçin Mənsiyevin idarə edəcəyi qarşılaşma üçün komandaların start heyətləri məlumdur:
“Qarabağ”ın start heyəti:
1. Şahrudin Məhəmmədəliyev(GK)
27. Toral Bayramov
7. Nəriman Axundzadə
10. Abdullah Zubir (C)
81. Kevin Medina
3. Sami Mmae
18. Dani Bolt
15. Leandro Andrade
6. Kris Kuaku
35. Pedro Bikalyo
11. Emmanuel Addai
“Qarabağ”ın ehtiyat oyunçuları:
99. Mateus Koxalski(GK)
97. Fabian Buntiç(GK)
55. Bədavi Hüseynov
30. Abbas Hüseynov
77. Ramil Şeydayev
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
8. Marko Yankoviç
2. Mateus Silva
9. Joni Montiel
21. Aleksey Kaşuk
17. Kamilo Duran
“Qarabağ”ın baş məşqçisi:Qurban Qurbanov
“Neftçi”nin start heyəti:
13. Kenan Piriç(GK)
8. Emin Mahmudov (C)
15. Elvin Bədəlov
45. Vensan Abubakar
77. Falaye Sako
6. Sessi Dalmeyda
24. Mustafa Sek
5. İqor Ribeyro
18. İfeanyi Metyu
11. İmad Faraj
10. Freddi Varqas
“Neftçi”nin ehtiyat oyunçuları:
1. Emil Balayev(GK)
93. Rza Cəfərov(GK)
4. Elvin Camalov
7. Emil Səfərov
19. Ağadadaş Salyanski
47. Murad Məmmədov
9. Bassala Sambu
27. Kristian Kostin
22. Luis Ortis
23. Cordan Rezabala
28. Alessio Kurçi
“Neftçi”nin baş məşqçisi: Samir Abasov
Qeyd edək ki, XI tura Cümə günü start verilib. Açılış günündə iki qarşılaşma təyin olunub.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “İmişli”ni qəbul edib. Oyunun ilk hissəsi başladığı hesabla bitdi-“Şamaxı”-“İmişli”-0:0. Oyunun 78-ci dəqiqəsində “İmişli” Karim Rossinin qolu ilə hesabı açdı-“Şamaxı”-“İmişli”-1:0. Bu oyunda vurulan son qol oldu və “Şamaxı” matçdan 1:0 qalib ayrıldı.
Günün ikinci qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda gənlik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Qəbələ”-“Sumqayıt”-0:0.Oyunun 54-cü dəqiqəsində “Sumqayıt” Rüstəm Əhmədzadənin qolu ilə hesabı açıb-“Qəbələ”-“Sumqayıt”-0:1. Oyunun 82-ci dəqiqəsində Aleksandr Ramalinqom “Sumqayıt”ın ikinci topuna imza atıb-“Qəbələ”-“Sumqayıt”-0:2. Bu oyunda vurulan son qol olub və “Sumqayıt” matçdan 0:2 qalib ayrıldı.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında Araz-Naxçıvan” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edib. Artıq oyunun 16-cı dəqiqəsində “Karvan-Yevlax” Araz Abdullayevin qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“Karvan-Yevlax-0:1. İlk hissə “Karvan-Yevlax”ın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 65-ci dəqiqəsində Hamidu Keyta “Araz-Naxçıvan”-ın bərabərlik topuna imza atıb-“Araz-Naxçıvan”-“Karvan-Yevlax-1:1.Oyunun 90+2-ci dəiqəsində Felipe Santos penaltidən “Araz-Naxçıvan”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib–“Araz-Naxçıvan”-“Karvan-Yevlax-2:1. Bu oyunda vurulan son qol oldu və “Araz-Naxçıvan” matçdan 2:1 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Turan Tovuz”u qəbul edib. Qarşılaşmanın ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“Zirə”-“Turan Tovuz”-0:0.Oyunun 60-cı dəqiqəsində “Turan Tovuz” azlıqda qalıb. Komandanın heyətində Roberto Olabe ikinci sarı vərəqə alaraq meydandan qovulub-“Zirə”-“Turan Tovuz”-0:0. Bu görüşdə sonuncu yadda qalan hadisə olub və qarşılaşma başladığı hesabla bitib-“Zirə”-“Turan Tovuz”
