Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində keçirilən “Qarabağ”-“Kəpəz” oyunu başa çatdı. Matç 1:0 “Qarabağ”ın 1:0 üstünlüyü ilə başa çatıb
xxxx
“Qarabağ”-“Kəpəz” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Qarabağ” 1:0 hesabda öndədir.
xxxxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün günün ilk qarşılaşmasında Azərbaycan futbolu qüruru “Qarabağ” “Azərsun Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edir. “Köhlən atlar matçda növbəti üç xallarını qazanmaq istəyir.Xal üzünə həsrət Nizami yurdunun təmsilçiləri isə bu oyunda ən azı məğlub olmamaq üçün əlindən gələni edir. Hakim Nicat İsmayıllının idarə etdiyi qarşılaşmada artıq oyunun 38-ci dəqiqəsində “Qarabağ” Sami Mmaenin qolu ilə hesabı açdı-“Qarabağ”-“Kəpəz”-1:0
Bu gün bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Kimyaçılar” matçda növbəti üç xallarını qazanmağa calışacaq. “Boz qurda” da Sumqayıta üç xal üçün gəlib.
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. Yevlax təmsilçisi matçda ən azından məğlub olmamaq haqqında düşünəcək. “Bayquşlar” isə matçda üç xal üçün çıxacaq.
Günün və turun sonucu qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. Meydan sahibləri doğma publika önündə qələbə qazanmağa çalışacaq. “Şamaxı”da matçda üç xal qazanmağı hədəfləyəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının VII turuna dünən start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “İmişli”ni qəbul edib. Artıq oyunun 33-cü dəqiqəsində “Araz-Naxçıvan” Ba-Muaka Simakalanın qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“İmişli”-1:0. İlk hissə “Araz-Naxçıvan”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 90+5-ci dəqiqəsində Ülvi İsgəndərov “Araz-Naxçıvan”ın ikinci topuna imza atıb-“Araz-Naxçıvan”-“İmişli”-2:0.Bu oyunda vurulan son qol oldu və hər hissəyə bir qol vuran “Araz-Naxçıvan” matçdan 2:0 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kopleksinin Stadionu”nda “Neftçi”ni qəbul edib. Artıq oyunun 28-ci dəqiqəsində “Zirə” Giorgi Papunaşvilinin qolu ilə hesabı açıb-“Zirə”-“Neftçi”-1:0. İlk hissə “Zirə”nin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 66-cı dəqiqəsində Freddi Varqas “Neftçi”nin bərabərlik topuna imza atıb-“Zirə”-“Neftçi”-1:1.Oyuxun 87-ci dəqiqəsində Bassala Sambu “Neftçi”nin iknci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Zirə”-“Neftçi”-1:2.Oyunun 90+8-ci dəqiqəsində Ruan Renato penaltidən “Zirə”nin bərabərlik topuna imza atıb-“Zirə”-“Neftçi”-2:2.Oyunun 90+10-cu dəqiqəsində “Zirə” azlıqda qalıb. Komandanın heyətində Ayron Qomis ikinci sarı vərəqəni alaraq meydandan qovulub-“Zirə”-“Neftçi”-2:2. Bu oyunda vuruan son qol oldu və tərəflər hərəyə iki dəfə fərqlənməkə bir xala qane oldular-“Zirə”-“Neftçi”-2:2.
