Azərbaycan Premyer Liqasının X turu çərçivəsində keçirilən “Qarabağ”-“İmişli” oyunu başa çatdı. Gərgin keçən oyunda “Qarabağ” 2:0 qalib gəldi.
xxxx
Oyunun 82-ci dəqiqəsində Emanuel Addai “Qarabağ”ın ikinci topuna imza atdı-“Qarabağ”-“İmişli”-2:0
xxxx
Oyunun 52-ci dəqiqəsində “Qarabağ” Abdullah Zubirin qolu ilə hesabı açdı-“Qarabağ”-“İmişli”-1:0
xxxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib. PFL bu günə bir qarşılaşma təyin edib.
Günün yeganə və açılış oyununda “Qarabağ” “Azərsun Arena”da “İmişli”ni qəbul edir. Keçən tur xal itirən “Qarabağ” bu oyunda qələbə qazanmağa çalışır. “İmişli” bu oyunda ən azından məğlub olmamaq haqqında düşünür. Hakim Əli Əliyevin idarə etdiyi qarşılaşmada artıq oyunun ilk hissəsi arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Qarabağ”-“İmişli”-0:0
Günün digər görüşləri Şənbə, Bazar və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Səhər Stadionu”nda “Zirə”ni qəbul edəcək. Yevlax təmsilçisi bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək. “Mavi qartallar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Ağ-qaralar” bu oyunda növbəti qələbələrini qazanmağa çalışacaq. Nizami yurdunun təmsilçiləri ən qədim Azərbaycan derbisində məğlub olmamaq haqqında düşünəcək.
Turun digər görüşləri Bazar günün və Bazar Ertəsi günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionun”da “Şamaxı”nı qəbul edəcək. Tovuzlular doğma publika önündə qələbə qazanmaq istəyəcək. Keçən tur “Qarabağ”a məğlub olmayan “Şamaxı” bu oyunda xal qazanmağı planlaşdırıb.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Kimyaçılar” bu oyunda qələbə qazanmağa çalışacaq. Muxtar Respublika təmsilçisi də meydana qələbə üçün çıxacaq.
Tura Bazar ertəsi yekun vurulacaq. Bazar ertəsi bir qarşılaşma baş tutacaq.
Günün yeganə və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Qəbələ”ni qəbul edəcək. “Bayquşlar” matçda növbəti üç xallarını qazanmağa çalışacaq. “Qəbələ” isə oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
