• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Qarabağ" növbəti qələbəsini qazandı-YENİLƏNİB-4

26 Sentyabr, 25 / 20:59
A A
"Qarabağ" "Qəbələ"ni qəbul edir-START HEYƏTLƏR

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Qarabağ”-“Qəbələ” oyunu başa çatdı. Gərgin keçən matçda hər hissəyə 1 qol vuran “Qarabağ” 2:0 qalib gəldi.

xxxx
Oyunun 90+3-cü dəqiqəsində Musa Qurbanlı “Qarabağ”ın ikinci topuna imza atdı-“Qarabağ”-“Qəbələ”-2:0
xxxx
“Qarabağ”-“Qəbələ” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Qarabağ” 1:0 hesabda irəlidədir.
xxxx
Oyunun 16-cı dəqiqəsində “Qarabağ” Abdullah Zubirin qolu ilə hesabı açdı-“Qarabağ”-“Qəbələ”-1:0
xxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Qəbələ”ni qəbul edir. “Qarabağ” meydana növbəti üç xalını qazanmaq üçün çıxıb. “Qəbələ” isə matçda ən azından məğlub olmamaq haqqında düşünür. Hakim Rauf Cabarovun idarə etdiyi qarşılaşamada artıq oyunun 1-ci dəqiqəsində “Qəbələ” azlıqda qaldı. Komandanın heyətində Prins Ovusu qırmızı vərəqə alaraq meydandan qovuldu-“Qarabağ”-“Qəbələ”-0:0

Turun digər görüşləri sabah və Bazar günü keçiriləcək. Sabah iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Şirlər” doğma publika önündə qələbə qazanmaq istəyəcək. Keçən turda darmadağın olan Muxtar Respublika təmsilçisi də bu oyunda qələbə qazanmaq haqqında düşünəcək.

Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. Keçən tur mövsümdə ilk qələbəsini qazanan “ağ-qaralar” bu turda növbəti qələbəni qazanmaq istəyəcək. Qonaqlar isə qələbəyə ac olan “Neftçi”yə ən azından məğlub olmamaq haqqında düşünəcək.

Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında Qərb derbisi çərçivəsində “Turan Tovuz” “Azərsun Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Boz qurd” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. Nizami yurdunun təmsilçiləri isə bu oyunda mövsümdə ən azı ilk xallarını qazanmağa çalışacaq.

Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Bayquşlar” matçda növbəti üç xallarını qazanmağa çalışacaq. “Kimyaçı”larda Masazırda qələbəyə sevinmək istəyirlər.

Bu gün bir qarşılaşma baş tutub.

Bu görüşdən əvvəl “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Zirə”ni qəbul edib. Artıq oyunun 24-cü dəqiqəsində “İmişli” Dioqo Rollonun qolu ilə hesabı açıb-“İmişli”-“Zirə”-1:0. İlk hissə “İmişli”nin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 80-ci dəqiqəsində David Volkov “Zirə”nin bərabərlik topuna imza atıb-“İmişli”-“Zirə”-1:1.Bu görüşdə vurulan yeganə qol oldu və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldular-“İmişli”-“Zirə”-1:1

Previous Post

"Qarabağ" "Qəbələ"ni qəbul edir-START HEYƏTLƏR

Next Post

Qələbəyə aparan yolun başlanğıcı - 27 Sentyabr

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.