Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Qəbələ”ni qəbul edəcək. “Qarabağ” meydana növbəti üç xalını qazanmaq üçün çıxacaq. “Qəbələ” isə matçda ən azından məğlub olmamaq haqqında düşünəcək. Hakim Rauf Cabarovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdu:
“Qarabağ”ın start heyəti:
99. Mateus Koxalski(GK)
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
10. Abdullah Zubir (C)
81. Kevin Medina
20. Kadi Borqes
2. Mateus Silva
15. Leandro Andrade
35. Pedro Bikalyo
11. Emmanuel Addai
17. Kamilo Duran
“Qarabağ”ın ehtiyat oyunçuları:
1. Şahrudin Məhəmmədəliyev(GK)
97. Fabian Buntiç(GK)
18. Dani Bolt
22. Musa Qurbanlı
21. Aleksey Kaşuk
7. Nəriman Axundzadə
27. Toral Bayramov
30. Abbas Hüseynov
77. Ramil Şeydayev
32. Hikmət Cəbrayılzadə
3. Sami Mmae
6. Kris Kuaku
“Qarabağ”ın baş məşqçisi:Qurban Qurbanov
“Qəbələ”nin start heyəti:
1. Səlahət Ağayev (GK)(C)
13. Nicat Əliyev
74. Süleyman Damadayev
10. Şahin Şahniyarov
27. Eşqin Əhmədov
50. Adriel Ba Loua
3. Eduardo Kunde
6. Xayme Syerra
16. İsaak Amoah
14. Domi Massumo
30. Prins Ovusu
“Qəbələ”nin ehtiyat oyunçuları:
94. Həbib Hüşənov(GK)
7. Rüfət Əhmədov
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
70. Paulo Quimbila
17. Qədir Ramazanov
28. Murad Musayev
97. Elşad Tağıyev
66. Nuğay Rəşidov
26. Elnur Mustafayev
21. Ziya Şəkərxanov
12. İbrahim Sanqare
“Qəbələ”nin baş məşqçisi:Kaxaber Tsxadadze
Turun digər görüşləri sabah və Bazar günü keçiriləcək. Sabah iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Şirlər” doğma publika önündə qələbə qazanmaq istəyəcək. Keçən turda darmadağın olan Muxtar Respublika təmsilçisi də bu oyunda qələbə qazanmaq haqqında düşünəcək.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. Keçən tur mövsümdə ilk qələbəsini qazanan “ağ-qaralar” bu turda növbəti qələbəni qazanmaq istəyəcək. Qonaqlar isə qələbəyə ac olan “Neftçi”yə ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında Qərb derbisi çərçivəsində “Turan Tovuz” “Azərsun Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Boz qurd” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. Nizami yurdunun təmsilçiləri isə bu oyunda mövsümdə ən azı ilk xallarını qazanmağa çalışacaq.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Bayquşlar” matçda növbəti üç xallarını qazanmağa çalışacaq. “Kimyaçı”larda Masazırda qələbəyə sevinmək istəyirlər.
Bu gün bir qarşılaşma baş tutub.
Bu görüşdən əvvəl “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Zirə”ni qəbul edib. Artıq oyunun 24-cü dəqiqəsində “İmişli” Dioqo Rollonun qolu ilə hesabı açıb-“İmişli”-“Zirə”-1:0. İlk hissə “İmişli”nin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 80-ci dəqiqəsində David Volkov “Zirə”nin bərabərlik topuna imza atıb-“İmişli”-“Zirə”-1:1.Bu görüşdə vurulan yeganə qol oldu və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldular-“İmişli”-“Zirə”-1:1
