• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"QARABAĞ"ımız "Benifika"nın qonağıdır-START HEYƏTLƏR

16 Sentyabr, 25 / 22:08
A A
"QARABAĞ"ımız "Benifika"nın qonağıdır-START HEYƏTLƏR

Bu gün Avrokuboklarda yeganə təmsilçimiz Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində səfərdə “Da Luş” stadionunda Portuqaliyanın “Benifika” klubunun qəbul edəcək. Təmsilçimiz ilk oyunda ən azı məğlub olmamaq haqqında düşünəcək. “Benifika” isə ilk oyunda qələbəyə sevinmək istəyir. Qarşılaşmanı bir hakim istisna olmaq şərti ilə Belçikadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Erik Lambrexts olacaq. Ona ədaləti təmsil etməkdə Jo de Veirdt və Kevin Monteni kömək edəcək. Dördüncü hakim funksiyasını Nathan Verbumen yerinə yetirəcək. VAR-da Bram Van Drieşşeyə İsveçrəni təmsil edən Fedayi San kömək edəcək. Artıq komandaların start heyətlər bizlərə məlumdur:

“Benifika”nın start heyəti:
1.Anatoli Trubin(GK)
4.Antonio Silva
5.Enzo Barrança
8.Fredrik Aursnes
10.Georgi Sudakov
14.Vangelis Pavlidis
20.Riçard Rios
21.Andres Şijelderup
26.Samuel Dahl
30.Nikolas Otomendi(C)

“Benifika”nın ehtiyat oyunçuları:
24.Samuel Soares(GK)
3.Rafel Obrador
9.Franjo İvanoviç
18.Leandro Barreyro
25.Canluce Prestanini
39.Henrik Arauyo
44.Tomas Arauyo
64.Gonçalo Oliviyera
71.Leandro Santos
84.Joao Reqo
86.Dieqo Prioste

“Benifika”nın baş məşqçisi:Brunu Laji

“QARABAĞ”ımızın start heyəti:
99.Mateuş Koxalski(GK)
2.Mateus Silva
8.Marko Yankoviç
10.Abdullah Zubir(C)
13.Bəhlul Mustafazadə
15.Leandro Andrade
17.Kamila Duran
20.Kadi Borges
35.Pedro Biaçlo
44.Elvin Cəfərquliyev
81.Kevin Medina

“QARABAĞ”ımızın ehtiyat oyunçuları:
1.Şahruddin Məhəmmədəliyev(GK)
97.Fabian Buntiç(GK)
3.Sami Mi
6.Kris Koaku
11.Emanuel Addai
18.Dani Bolt
21.Aleksey Kaşuk
22.Musa Qurbanlı
27.Toral Bayramov
30.Abbas Hüseynov
55.Bədavi Hüseynov

“QARABAĞ”ımızın baş məşqçisi:Qurban Qurbanov

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulub.

Təmsilçimiz ilk oyunda İyulun 23-də Dublindəki “Tolka Park” stadionunda “Şelburn”un qonağı olub. Oyunun 13-cü dəqiqəsində “köhlən atlar” Leandro Andradenin qolu ilə hesabı açıb-“Şelburn”-“Qarabağ”-0:1. Görüşün ilk hissəsi 0:1 “Qarabağ”ın xeyrinə başa çatıb. Oyunun 81-ci dəqiqəsində Aleksey Kaşuk “Qarabağ”ın üçüncü topuna imza atıb-“Şelburn”-“Qarabağ”-0:2. Oyunun 85-ci dəqiqəsində Nəriman Axundazadə “Qarabağ”ım üçüncü topuna imza atdı-“Şelburn”-“Qarabağ”-0:3. Bu oyunda vurulan son qol olub və “Qarabağ” matçadan 0:3 qalib ayrıdı.

“Qarabağ”mız UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Tofiq Bəhramov adına Respublika Stadionu”nda İralandiyanın “Şelburn” klubunu qəbul edir. “Qarabağ” səfərdəki qələbədən sonra növbəti mərhələ haqqında düşünür. Qonaqlar isə Bakıda möcüzə axtarışındadır. Oyunu İtaliyadan olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Andrea Kolombodur. Ona ədaləti təmsil etməkdə həmyerliləri Stefano Alassio və Dario Cekkoni kömək edir. VAR-da Daniele Doveriyə Daniele Paterna kömək edir. Artıq oyunun 44-cü dəqiqəsində “Qarabağ” “Şelburn” oyunçusu Con Martinin avtoqolu ilə hesabı açaraq ümumi hesabı artırdı-“Qarabağ”-“Şelburn”-1:0(4:0)

İyulun 30-da təmsilçimiz “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Şelburn”u qəbul edib. Artıq oyunun 44-cü dəqiqəsində “Qarabağ” “Şelburn” oyunçusu Con Martinin avtoqolu ilə hesabı açaraq ümumi hesabı artırdı-“Qarabağ”-“Şelburn”-1:0(4:0). Görüşün ilk hissəsi “Qarabağ”ın 1:0 ümumi hesabda 4:0 üstünlüyü ilə başa çatıb-“Qarabağ”-“Şelburn”-1:0(4:0). Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Qarabağ”-“Şelburn”-1:0(4:0). Belə bu görüşdə 1:0 qalib gələn “Köhlən Atlar” ümumi hesabda 4:0 qalib gələrək adını III təsnifat mərhələsinə yazdıra bilib.

Avqsutun 5-də isə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Todor Proeski Milli Arena”sında Şimali Makedoniyanın “Şkendiya” klubunun qonağı olub.Artıq oyunun 18-ci dəqiqəsində “Qarabağ” Toral Bayramovun penaltidən qolu ilə hesabı açıb-“Şkendiya”-“Qarabağ”-0:1. İlk hissə “Qarabağ”ın 0:1 üstünlüyü ilə başa çatıb. Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Şkendiya”-“Qarabağ”-0:1.

12 Avqust-da isə III təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində “Tofiq Bəhramov adına Respublika Stadionu”nda Şimali Makedoniyanın “Şkendiya” klubunu qəbul edib.Artıq oyunun 10-cu dəqiqəsində “Şkendiya” Fabrisa Tambanın qolu ilə hesabı açaraq ümumi hesabı bərabərləşdirdi-“Qarabağ”-“Şkendiya”-0:1(1:1).Oyunun 16-cı dəqiqəsində “Qarabağ” “Şkendiya”nın heyətindən Klisman Keykin avtoqolu ilə bu oyunda hesabı bərabərləşdirərək komandamızı yenidən ümumi hesabda önə keçirib.-“Qarabağ”-“Şkendiya”-1:1(2:1).Oyunun 18-ci dəqiqəsində Kadi Borqes “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını həm bu oyunda hesabda önə keçirib, həm də ümumi fərqi bir qədər də artırıb-“Qarabağ”-“Şkendiya”-2:1(3:1).Oyunun 33-cü dəqiqəsində Nəriman Axundzadə “Qarabağ”ın üçüncü topuna imza ataraq ümumi hesabı bir qədər də artırıb-“Qarabağ”-“Şkendiya”-3:1(4:1).Oyunun 35-ci dəqiqəsində Marko Yankoviç penaltidən “Qarabağ”ın dördüncü topuna imza ataraq ümumi hesabı bir qədər artırıb-“Qarabağ”-“Şkendiya”-4:1(5:1). İlk hissədən sonra “Qarabağ” fasiləyə hesabda 4:1 ümumi hesabda 5:1 üstünlüklə yollandı. Oyunun 59-cu dəqiqəsində Leandro Andrade “Qarabağ”ın beşinci topuna imza ataraq ümumi hesabı bir qədər də artırıb-“Qarabağ”-“Şkendiya”-5:1(6:1). Bu oyunda son qol olub və “Qarabağ” bu oyunda 5:1 ümumi hesabda 6:1 qalib gələrək adını UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yazdırıb-“Qarabağ”-“Şkendiya”-5:1(6:1)

Avqustun 19-da “Qarabağ” səfərdə “Groupama Arena”da UEFA Çempionlar Liqasının pley-of mərhələsinin ilk qarşılaşması çərçivəsində “Ferensvaroş”u qəbul edib. Artıq oyunun dəqiqəsində “Ferensvaroş” Barnabas Varqanın qolu ilə hesabı açıb-“Ferensvaroş”-“Qarabağ”-1:0. Oyunun ilk hissəsi “Ferensvaroş”un 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 50-ci dəqiqəsində Marko Yankoviç “Qarabağ”ın bərabərlik topuna imza atıb-“Ferensvaroş”-“Qarabağ”-1:1. Oyunun 67-ci dəqiqəsində Kevin Medina “Qarabağ”ın ikinci topuna imza ataraq komandamızı hesabda önə keçirib-“Ferensvaroş”-“Qarabağ”-1:2. Oyunun 85-ci dəqiqəsində Musa Qurbanlı “Qarabağ”ın üçüncü topuna imza atıb-“Ferensvaroş”-“Qarabağ”-1:3. Bu oyunda vurulan son qol oldu və “Qarabağ” səfər matçından 1:3 qalib ayrılıb.

Avqustun 27-sində UEFA Çempionlar Liqasının pley-of mərhələsinin cavab qarşılaşması çərçivəsində “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Ferensvaroş” klubunu qəbul edib. Artıq oyunun 14-cü dəqiqəsində “Ferensvaroş” Qabi Kanikovski qolu ilə hesabı açaraq ümumi hesabı arasındakı fərqi azatdıb-“Qarabağ”-“Ferensvaroş”-0:1(3:2). Oyunun 25-ci dəqiqəsində Leandro Andrade “Qarabağ”ın bərabərlik topuna imza ataraq ümumi hesabı yenə artırıb-“Qarabağ”-“Ferensvaroş”-1:1(4:2). Oyunun 45-ci dəqiqəsində Abdullah Zubir “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını həm bu oyunda hesabda önə keçirdi, həm də ümumi hesabıartırdı-“Qarabağ” -“Ferensvaroş”-2:1(5:2). İlk hissədən sonra “Qarabağ” 2:1 ümumi hesabda 5:2 irəlidədir. Oyunun 55-ci dəqiqəsində Barnabas Varqa penaltidən “Ferensvaroş”un ikinci topuna imza ataraq bu oyunda hesabı bərabərləşdirdi və ümumi hesab arasındakı fərqi azaltdı-“Qarabağ”-“Ferensvaroş”-2:2(5:3).Oyunun 82-ci dəqiqəsində Aleks Töth “Ferensvaroş”un üçüncü topuna imza ataraq komandasını hesabda önə keçirdi və ümumi hesab arasındakı fərqi azaltdı-“Qarabağ”-“Ferensvaroş”-2:3(5:4). Bu oyunda vurulan son qol oldu və “Qarabağ” oyunda 2:3 məğlub olsa da ümumi nəticədə 5:4 qalib gələrək və UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

 

Previous Post

Motosikletə çırpılan minik avtomobilin sürücü qaçdı

Next Post

Prezident: Birləşmiş Ərəb Əmirlikləri ilə siyasi əlaqələrimiz çox uğurla inkişaf edir

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.