Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində təmsilçimiz Ağdamın “Qarabağ” klubu səfərdə “Dieqo Arnando Maradona adına Stadion”da İtaliya çempionu “Napoli”ni qonağı olacaq. Bakıda “Çelsi”yə məğlub olmayan “köhlən atlar” İtaliya səfərindən də xalla dönmək arzusundadır. İtaliya təmsilçisi isə doğma publika önündə qələbə qazanmağa çalışacaq. Görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmada əsas söz sahibi Şimon Martsinyak olacaq. Ona ədaləti təmsil etməkdə həmyerliləri Tomaş Listkieviç və Adam Kupsik kömək edəcələr. Oyunda dördüncü hakim funksiyasını Voyçek Mıç yerinə yetirəcək. VAR-da Niderlandı təmsil edən Pol Van Bokelə Xorvatiyanı təmsil edən İvan Bebek kömək edəcək. Artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Napoli”nin start heyəti:
32.Vanya Milonkoviç-Saviç(GK)
4.Alessandro Buncirno
7.David Neres
8.Skott Maktominay
17.Matias Olviera
13.Amir Rahmani
19.Rasmus Hoylund
22.Coviani Di Lorenzo
31.Sam Bukema
68.Stanislav Labotka
70.Noa Lang
“Napoli”nin ehtiyat oyunçuları:
14.Nikita Kontini(GK)
25.Matias Ferrante(GK)
5.Xuan Cesus
20.Elif Elmaz
21.Mateo Politano
26.Antonio Verqara
27.Lorenzo Lucca
69.Cuzebbe Ambrasino
“Napoli”nin baş məşqçisi:Antoni Konte
“QARABAĞ”ımızın start heyəti:
99.Mateuş Koxalski(GK)
2.Mateus Silva
8.Marko Yankoviç
10.Abdullah Zubir(C)
11.Emanuel Addai
13.Bəhlul Mustafazadə
15.Leandro Andrade
17.Kamila Duran
35.Pedro Biaçlo
44.Elvin Cəfərquliyev
81.Kevin Medina
“QARABAĞ”ımızın ehtiyat oyunçuları:
1.Şahruddin Məhəmmədəliyev(GK)
97.Fabian Buntiç(GK)
3.Sami Mi
6.Kris Koaku
7.Nəriman Axundzadə
9.Joni Montiel
18.Dani Bolt
21.Aleksey Kaşçuk
22.Musa Qurbanlı
27.Toral Bayramov
55.Bədavi Hüseynov
“QARABAĞ”ımızın baş məşqçisi:Qurban Qurbanov
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulub.
Təmsilçimiz ilk oyunda İyulun 23-də Dublindəki “Tolka Park” stadionunda “Şelburn”un qonağı olub. Oyunun 13-cü dəqiqəsində “köhlən atlar” Leandro Andradenin qolu ilə hesabı açıb-“Şelburn”-“Qarabağ”-0:1. Görüşün ilk hissəsi 0:1 “Qarabağ”ın xeyrinə başa çatıb. Oyunun 81-ci dəqiqəsində Aleksey Kaşuk “Qarabağ”ın üçüncü topuna imza atıb-“Şelburn”-“Qarabağ”-0:2. Oyunun 85-ci dəqiqəsində Nəriman Axundazadə “Qarabağ”ım üçüncü topuna imza atdı-“Şelburn”-“Qarabağ”-0:3. Bu oyunda vurulan son qol olub və “Qarabağ” matçadan 0:3 qalib ayrıdı.
“Qarabağ”mız UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Tofiq Bəhramov adına Respublika Stadionu”nda İralandiyanın “Şelburn” klubunu qəbul edir. “Qarabağ” səfərdəki qələbədən sonra növbəti mərhələ haqqında düşünür. Qonaqlar isə Bakıda möcüzə axtarışındadır. Oyunu İtaliyadan olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Andrea Kolombodur. Ona ədaləti təmsil etməkdə həmyerliləri Stefano Alassio və Dario Cekkoni kömək edir. VAR-da Daniele Doveriyə Daniele Paterna kömək edir. Artıq oyunun 44-cü dəqiqəsində “Qarabağ” “Şelburn” oyunçusu Con Martinin avtoqolu ilə hesabı açaraq ümumi hesabı artırdı-“Qarabağ”-“Şelburn”-1:0(4:0)
İyulun 30-da təmsilçimiz “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Şelburn”u qəbul edib. Artıq oyunun 44-cü dəqiqəsində “Qarabağ” “Şelburn” oyunçusu Con Martinin avtoqolu ilə hesabı açaraq ümumi hesabı artırdı-“Qarabağ”-“Şelburn”-1:0(4:0). Görüşün ilk hissəsi “Qarabağ”ın 1:0 ümumi hesabda 4:0 üstünlüyü ilə başa çatıb-“Qarabağ”-“Şelburn”-1:0(4:0). Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Qarabağ”-“Şelburn”-1:0(4:0). Belə bu görüşdə 1:0 qalib gələn “Köhlən Atlar” ümumi hesabda 4:0 qalib gələrək adını III təsnifat mərhələsinə yazdıra bilib.
Avqsutun 5-də isə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Todor Proeski Milli Arena”sında Şimali Makedoniyanın “Şkendiya” klubunun qonağı olub.Artıq oyunun 18-ci dəqiqəsində “Qarabağ” Toral Bayramovun penaltidən qolu ilə hesabı açıb-“Şkendiya”-“Qarabağ”-0:1. İlk hissə “Qarabağ”ın 0:1 üstünlüyü ilə başa çatıb. Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Şkendiya”-“Qarabağ”-0:1.
12 Avqust-da isə III təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində “Tofiq Bəhramov adına Respublika Stadionu”nda Şimali Makedoniyanın “Şkendiya” klubunu qəbul edib.Artıq oyunun 10-cu dəqiqəsində “Şkendiya” Fabrisa Tambanın qolu ilə hesabı açaraq ümumi hesabı bərabərləşdirdi-“Qarabağ”-“Şkendiya”-0:1(1:1).Oyunun 16-cı dəqiqəsində “Qarabağ” “Şkendiya”nın heyətindən Klisman Keykin avtoqolu ilə bu oyunda hesabı bərabərləşdirərək komandamızı yenidən ümumi hesabda önə keçirib.-“Qarabağ”-“Şkendiya”-1:1(2:1).Oyunun 18-ci dəqiqəsində Kadi Borqes “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını həm bu oyunda hesabda önə keçirib, həm də ümumi fərqi bir qədər də artırıb-“Qarabağ”-“Şkendiya”-2:1(3:1).Oyunun 33-cü dəqiqəsində Nəriman Axundzadə “Qarabağ”ın üçüncü topuna imza ataraq ümumi hesabı bir qədər də artırıb-“Qarabağ”-“Şkendiya”-3:1(4:1).Oyunun 35-ci dəqiqəsində Marko Yankoviç penaltidən “Qarabağ”ın dördüncü topuna imza ataraq ümumi hesabı bir qədər artırıb-“Qarabağ”-“Şkendiya”-4:1(5:1). İlk hissədən sonra “Qarabağ” fasiləyə hesabda 4:1 ümumi hesabda 5:1 üstünlüklə yollandı. Oyunun 59-cu dəqiqəsində Leandro Andrade “Qarabağ”ın beşinci topuna imza ataraq ümumi hesabı bir qədər də artırıb-“Qarabağ”-“Şkendiya”-5:1(6:1). Bu oyunda son qol olub və “Qarabağ” bu oyunda 5:1 ümumi hesabda 6:1 qalib gələrək adını UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yazdırıb-“Qarabağ”-“Şkendiya”-5:1(6:1)
Avqustun 19-da “Qarabağ” səfərdə “Groupama Arena”da UEFA Çempionlar Liqasının pley-of mərhələsinin ilk qarşılaşması çərçivəsində “Ferensvaroş”u qəbul edib. Artıq oyunun dəqiqəsində “Ferensvaroş” Barnabas Varqanın qolu ilə hesabı açıb-“Ferensvaroş”-“Qarabağ”-1:0. Oyunun ilk hissəsi “Ferensvaroş”un 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 50-ci dəqiqəsində Marko Yankoviç “Qarabağ”ın bərabərlik topuna imza atıb-“Ferensvaroş”-“Qarabağ”-1:1. Oyunun 67-ci dəqiqəsində Kevin Medina “Qarabağ”ın ikinci topuna imza ataraq komandamızı hesabda önə keçirib-“Ferensvaroş”-“Qarabağ”-1:2. Oyunun 85-ci dəqiqəsində Musa Qurbanlı “Qarabağ”ın üçüncü topuna imza atıb-“Ferensvaroş”-“Qarabağ”-1:3. Bu oyunda vurulan son qol oldu və “Qarabağ” səfər matçından 1:3 qalib ayrılıb.
Avqustun 27-sində UEFA Çempionlar Liqasının pley-of mərhələsinin cavab qarşılaşması çərçivəsində “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Ferensvaroş” klubunu qəbul edib. Artıq oyunun 14-cü dəqiqəsində “Ferensvaroş” Qabi Kanikovski qolu ilə hesabı açaraq ümumi hesabı arasındakı fərqi azatdıb-“Qarabağ”-“Ferensvaroş”-0:1(3:2). Oyunun 25-ci dəqiqəsində Leandro Andrade “Qarabağ”ın bərabərlik topuna imza ataraq ümumi hesabı yenə artırıb-“Qarabağ”-“Ferensvaroş”-1:1(4:2). Oyunun 45-ci dəqiqəsində Abdullah Zubir “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını həm bu oyunda hesabda önə keçirdi, həm də ümumi hesabıartırdı-“Qarabağ” -“Ferensvaroş”-2:1(5:2). İlk hissədən sonra “Qarabağ” 2:1 ümumi hesabda 5:2 irəlidədir. Oyunun 55-ci dəqiqəsində Barnabas Varqa penaltidən “Ferensvaroş”un ikinci topuna imza ataraq bu oyunda hesabı bərabərləşdirdi və ümumi hesab arasındakı fərqi azaltdı-“Qarabağ”-“Ferensvaroş”-2:2(5:3).Oyunun 82-ci dəqiqəsində Aleks Töth “Ferensvaroş”un üçüncü topuna imza ataraq komandasını hesabda önə keçirdi və ümumi hesab arasındakı fərqi azaltdı-“Qarabağ”-“Ferensvaroş”-2:3(5:4). Bu oyunda vurulan son qol oldu və “Qarabağ” oyunda 2:3 məğlub olsa da ümumi nəticədə 5:4 qalib gələrək və UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
Sentyabrın 16-sında isə “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turu çərçivəsində “Benifika”nın qonağı olub. Artıq oyunun 6-cı dəqiqəsində “Benifika” Enzo Barrança qolu ilə hesabı açıb-“Benifika”-“Qarabağ”-0:1. Oyunun 16-cı dəqiqəsində Vangelis Pavlidis “Benifika”nın ikinci topuna imza atıb-“Qarabağ”-“Benifika”-2:0. Oyunun 30-cu dəqiqəsində “Qarabağ” Leandro Andradenin qolu ilə hesab arasındakı fərqi azaldıb-“Qarabağ”-“Benifika”-2:1.İlk hissə “Benifika”nın 2:1 üstünlüyü ilə başa çatıb.Oyunun 48-ci dəqiqəsində Kamila Duran “Qarabağ”ın ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-“Qarabağ”-“Benifika”-2:2. Oyunun 86-cı dəqiqəsində Aleksey Kaşuk “Qarabağ”ın üçüncü topuna imza ataraq komandasını hesabda önə keçirib-“Benifika”-“Qarabağ”-2:3. Bu oyunda vurulan son qol oldu və “Qarabağ” geri dönüş ədərək tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazandı-“Benifika”-“Qarabağ”-2:3.
Oktyabrın 1-də isə “Qarabağ” “Qarabağ” klubu “Tofiq Bərhamov adına Respublika Stadionu”nda “Kopenhagen”i qəbul edib. Artıq oyunun 28-ci dəqiqəsində “Qarabağ” Abdullah Zubirin qolu ilə hesabı açıb-“Qarabağ”-“Kopenhagen”-1:0. İlk hissə təmsilçimizin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 83-cü dəqiqəsində Emanuel Addai “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“Kopenhangen”-2:0. Bu oyunda vurulan son qol olub və “QARABAĞ” tarix yazaraq ardıcıl Çempionlar Liqasında ikinci qələbəsini qazanıb.
Oktyabrın 25-də “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində səfərdə “San Mames” stadionunda İspaniyanın Bilbao təmsilçisi olan “Atletik”in qonağı olub. Artıq oyunun 1-ci dəqiqəsində “Qarabağ” Leandro Andradenin qolu ilə hesabı açıb-“Atletik”-“Qarabağ”-0:1. Oyunun 40-cı dəqiqəsində Qorka Qurzetta “Atletik”in bərabərlik topuna imza atıb-“Atletik”-“Qarabağ”-1:1. Oyunun ilk hissəsi tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Atletik”-“Qarabağ”-1:1. Oyunun 70-ci dəqiqəsində Robert Navarro “Atletik”in ikici topuna imza ataraq komandasını hesabda önə keçirib-“Atletik”-“Qarabağ”-2:1. Oyunun 88-ci dəqiqəsində Qorka Qurzetta dubl edərək “Atletiko”nun üçüncü topuna imza atıb-“Atletik”-“Qarabağ”-3:1. Bu oyunda vurulan son qol oldu və “Qarabağ” matçdan 3:1 xeyrinə başa çatıb.
Noyabrın 5-də “Qarabağ” “Tofiq Bəhramov adına Respublika stadionu”nda İngiltərə nəhəngi Londonun “Çelsi” klubunu qəbul edib. Artıq oyunun 17-ci dəqiqəsində “Çelsi” Estavaonun qolu ilə hesabı açıb-“Qarabağ”-“Çelsi”-0:1.Oyunun 29-cu dəqiqəsində “Qarabağ” Leandro Andradenin qolu ilə hesabı bərabərləşdirib-“Qarabağ”-“Çelsi”-1:1.Oyunun 39-cu dəqiqəsində Marko Yankoçiv penaltidən “Qarabağ”ın ikinci topuna imza ataqraq komandamızı hesabda önə keçirib-“Qarabağ”-“Çelsi”-2:1. İlk hissə “Qarabağ”ın 2:1 üstünlüyü ilə başa çatıb. Oyunun 53-cü dəqiqəsində Alexandro Qarnanço “Çelsi”nin ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-“Qarabağ”-“Çelsi”-2:2. Bu oyunda vurulan son qol olub və tərəflər hərəyə iki dəfə fərqlənməklə “Qarabağ” tarixi bir xalına qovuşub-“Qarabağ”-“Çelsi”-2:2.
