Türkiyədə partlayış baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Sivasda baş verib.
Hadisə zamanı qaz balonu partlayıb. Partlayış zamanı 1 nəfər 17 yaşlı şəxs ölüb. Partlayış 3 azyaşlının yaralanmasına səbəb olub. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
