• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Qubada 12 yaşadək futbolçular arasında II “Ulduz Cup” beynəlxalq turnirinin açılış mərasimi keçirilib

26 Avqust, 25 / 22:31
A A
Qubada 12 yaşadək futbolçular arasında II “Ulduz Cup” beynəlxalq turnirinin açılış mərasimi keçirilib

Avqustun 25-də Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Qubada 12 yaşadək futbolçular arasında II “Ulduz Cup” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən tədbir iştirakçı komandaların paradı ilə başlayıb. Dövlət Himni səsləndirildikdən sonra Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsi Arif Nəbiyev və Gənclər və İdman Nazirliyinin sektor müdiri Elçin Qasımov çıxış ediblər. Açılış mərasimi rəqs nömrələri və “İdman səfiri” Xəyyam Orucovun nümunəvi çıxışları ilə davam edib.

Turnirin ilk günündə keçirilən oyunlarda “Sabah” (Azərbaycan) “Paxtakor”a (Özbəkistan) 0:1 hesabı ilə məğlub olub. “Neftçi” (Azərbaycan) “Şaxtyor Qaraqanda” (Qazaxıstan) ilə 1:1 hesablı heç-heçə edib. “Qarabağ” (Azərbaycan) “Dinamo Tbilisi”yə (Gürcüstan) 0:2 hesabı ilə uduzub. “İstanbul Başakşəhər” (Türkiyə) isə “Bunyodkor”u (Özbəkistan) 2:0 hesabı ilə məğlub edib. Günün digər qarşılaşmalarında isə “Ulduz” FA (Azərbaycan) “Trabzonspor məktəbi”nə (Türkiyə) 0:2, “Aspire Akademiyası” (Qətər) isə “Sduşorsi”yə (Qırğızıstan) 0:2 hesabı ilə uduzub.

Turnirdə 7 ölkədən 12 komanda 3 qrupda mübarizə aparır. “A” qrupunda “Ulduz” FA (Azərbaycan), “Trabzonspor məktəbi (Türkiyə), “Sduşorsi” (Qırğızıstan), “Aspire Akademiyası” (Qətər), “B” qrupunda “Qarabağ” FK (Azərbaycan), “Dinamo Tbilisi” (Gürcüstan), “İstanbul Başakşəhər” FK (Türkiyə), “Bunyodkor”(Özbəkistan), “C” qrupunda “Sabah” FK (Azərbaycan), “Paxtakor” FK (Özbəkistan), “Neftçi” PFK (Azərbaycan), “Şaxtyor Qaraqanda” (Qazaxıstan) qüvvəsini sınayacaq. Turnirin final görüşü avqustun 28-də baş tutacaq.

Qeyd edək ki, turnirin oyunları Gənclər və İdman Nazirliyinin “Youtube” kanalında canlı yayımlanır.

Previous Post

“Formula 1” üzrə Azərbaycan Qran-prisinə 12 tribunadan 9-nun biletləri satıldı

Next Post

Aparıcı Günel Musəvi həyat yoldaşı Endi Krişna ilə görüntüsünü paylaşdı – ‘Onu çox sevirəm

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.