
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində keçirilən “İmişli”-“Araz-Naxçıvan” oyunu başa çatdı. Gərgin keçən oyunda tərəflər hərəyə iki dəfə fərqlənərək bir xala qane oldular-“İmişli”-“Araz-Naxçıvan”-2:2
xxxx
Oyunun 90+1-ci dəqiqəsində Ramon Maçado “Araz-Naxçıvan”ın iknci topuna imza ataraq hesabı yenidən bərabərləşdirdi-“İmişli”-“Araz-Naxçıvan”-2:2
xxxx
Oyunun 84-cü dəqiqəsində Dioqo Almeyda “İmişli”nin ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirdi-“İmişli”-“Araz-2:1
xxxx
“İmişli”-“Araz-Naxçıvan” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra tərəflər hərəyə bir dəfə fərqlənib-“İmişli”-“Araz-Naxçıvan”-1:1
xxxx
Oyunun 14-cü dəqiqəsində Şarl Boli “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atdı-“İmişli”-“Araz-Naxçıvan”-1:1
xxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonra XVII tura start verilib. 2026-cı ilin ilk turu üçün PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edir. “İmişli” ilə qələbə ilə başlamaq istəyəcək. Muxtar Respublika təmsilçisi də ilə qələbə ilə başlamaq istəyir. Hakim İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada artıq oyunun 5-ci dəqiqəsində “İmişli” Luis Silvestrin qolu ilə hesabı açdı-“İmişli”-“Araz-Naxçıvan”-1:0
Bu gün bir qarşılaşma daha baş tutacaq.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Zirə”ni qəbul edəcək. “Ağ-qaralar” 2026-da ilk oyuna qələbə ilə başlamaq istəyəcək. “Mavi qartallar”da ilə qələbə ilə başlamaq istəyəcək.
Turun digər görüşləri Şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Şənbə günü ilk olaraq “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edəcək. “Şirlər” bu oyunda növbəti üç xalını qazanmağa çalışacaq. “Qəbələ” isə 2026-cı ildə ilk oyununda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Gününü ikinci qarşılaşmasında Avropadakı fəxrimiz “Qarabağ” “Azərsun Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. UEFA Çempiolar Liqasında möhtəşəm qələbə qazanan “köhlən atlar” bu oyunda rahat qələbə qazanmaq haqqında düşünəcək. Nizami yurdunun təmsilçisi Almaniya təmsilçisinə qalib gələn rəqibinə ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionun”da “Turan Tovuz”gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. Həm “Boz qurd” həm də “kimyaçılar” ilə qələbə ilə başlmaq istəyəcəklər.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. “Bayquşlar” meydana üç xal üçün çıxacaq. Audsayder isə ilin ilk oyununda ən azı məğlub olmamaq haqqında düşünəcək.
