
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
ABŞ-ın Florida ştatında qubernatorluğa namizəd olan respublikaçı Ceyms Fişbek maraq doğuran təklif edib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, o “OnlyFans” platformasında məzmun istehsal edənlərə 50 faiz əlavə vergi tətbiq edilməsini təklif edib
Onun bunu “günah vergisi” adlandırması geniş müzakirələrə səbəb olub. Fişbekin hədəf aldığı əsas məşhur isə “OnlyFans” modeli Sofi Reyn olub.
Sofi Reyn isə artıq gəlirinin təxminən 37 faizini vergi kimi ödədiyini açıqlayıb.Model vergi öhdəliklərinin əvvəlcə hamı üçün bərabər şəkildə tətbiq olunmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, məsələ ABŞ ictimaiyyətində ciddi rezonans doğurub.
//Nəzər.Media
