• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Qurban Qurbanov: “Qarabağ” Nyukasl qarşısında cəsarətli oynayacaq”

17 Fevral, 26 / 18:11
A A
Qurban Qurbanov: “Qarabağ” Nyukasl qarşısında cəsarətli oynayacaq”

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubu ilə keçirəcəyi ilk oyuna ciddi hazırlaşır.

Komandanın baş məşqçisi Qurban Qurbanov matç öncəsi mətbuat konfransında futbolçuların qarşılaşmaya böyük məsuliyyətlə yanaşdıqlarını bildirib. Təcrübəli mütəxəssis bu görüşün həm klub, həm də Azərbaycan futbolu üçün əlamətdar hadisə olduğunu vurğulayıb.

Baş məşqçi rəqibin dünyanın ən güclü çempionatlarından birində çıxış etdiyini xatırladaraq, hazırlıq üçün vaxtın məhdud olduğunu qeyd edib. Onun sözlərinə görə, komanda rəqibi detallı şəkildə təhlil edib və doğma meydanda cəsarətli oyun sərgiləmək niyyətindədir.

Qurbanov bildirib ki, “Nyukasl”ın fərdi keyfiyyətləri yüksək olan futbolçuları var və bu, meydanda xüsusi diqqət tələb edir. Buna baxmayaraq, “Qarabağ” rəqibdən çəkinməyəcək və hücumda effektiv variantlar tapmağa çalışacaq. Məqsəd azarkeşlərə baxımlı və mübarizəli oyun təqdim etməkdir.

Mütəxəssis komandanın fiziki durumunun qənaətbəxş olduğunu, mümkün yorğunluğa baxmayaraq, futbolçuların sona qədər mübarizə aparmağa hazır olduqlarını deyib. O, start heyətinin matç günü dəqiqləşəcəyini əlavə edib.

Qeyd edək ki, qarşılaşma fevralın 18-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab oyunu isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.

//milli.az

Previous Post

"Buna görə mənə maşın, ev HƏDİYYƏ EDİBLƏR"

Next Post

Oyunda faciə BAŞ VERDİ: Yaralananlar var - VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.