• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Rəşad Sadıqov “Neftçi” ilə oyundan danışdı

03 Oktyabr, 25 / 23:41
A A
Rəşad Sadıqov “Neftçi” ilə oyundan danışdı

“Futbolçularımı alqışlayıram, çox yaxşı oyun sərgilədilər. Bir neçə real qol imkanımız oldu, amma dəyərləndirə bilmədik. Penalti sayəsində hesabı bərabərləşdirdik”.

Bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının “Neftçi” ilə oyunundan sonra (2:2) oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Sadıqov komandasının mübarizəsindən razı qaldığını bildirib: “Ümumilikdə baxımlı oyun alındı. Meydançanın durumu da yaxşı idi, bu da keyfiyyətə təsir göstərdi. Oyunçulara qısa istirahət veriləcək, sonra hazırlıqlar davam edəcək. Təəssüf ki, Ayron Qomisin qırmızı vərəqəsi bizi üzdü.”

Zədəlilərlə bağlı danışan Sadıqov əlavə edib: “Volkov və Cibrilla ən az 5-6 həftə meydanda olmayacaq. Bu da hücum xəttində ciddi çətinlik yaradır”.

Yeni transfer Yeqor Boqomolskiyə də toxunan baş məşqçi onun istəkli və çalışqan olduğunu deyib: “Hər oyunda qol fürsəti yaradır, sadəcə fərqlənmək şansı hələ ki, alınmayıb. Ancaq inkişaf edərək komandaya böyük fayda verəcək”.

Sonda Sadıqov hücumdakı problemləri xüsusi vurğulayıb: “Bu mövsüm hücum xəttində əziyyət çəkirik. Brahim Konate də zədəli idi, amma məcburiyyətdən meydana çıxdı. Ümid edirəm, yaxın zamanda vəziyyət düzələcək. Sonluq çox dramatik alındı. Yüzfaizli qol epizodu bizdə çox idi. Topun qapı xəttini keçib-keçmədiyini bilmirəm. Futbolçularım irəli atıldılar, penalti ilə hesabı bərabərləşdirdik”.

//milli.az

Previous Post

Yeni təyin olunan nazir bu suala görə işdən çıxarıldı

Next Post

Göbələk alanda nələrə diqqət etmək lazımdır?

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.