Rusiya ordusu Ukrayanda daha iki yaşayış məntəqəsini işğal edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə nazirliyi yayıb.
Məlumatda qeyd olunub ki, ələ keçirilən məntəqələr Dnepropetrovsk ərazisində yerləşir. Bundan əlavə Rusiya tərəfi Ukrayanın çox sayda hərbi texnikasını da yararsız hala saldıqlarını açıqlayıb. Ukrayna tərəfi isə Rusiya ordusunun və Rusiya ordusunun tərkibində olan muzdluların 149 yaşayış məntəqəsini atəşə tutduğunu bildirib.
//Nəzər.Media
