Rusiya Yaponiya ilə bağlı narahatlığını açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Tokionu sülh prinsiplərinə əməl etməyə çağırıb.
O, Yaponiyanın yenidən silahlanma addımlarını təhlükəli adlandırıb. Zaxarova ABŞ və Avstraliyanın Yaponiyadakı hərbi təlimlərinə də sərt reaksiya verib. O bildirib ki, Rusiya sərhədləri yaxınlığında raket sistemlərinin yerləşdirilməsinə qarşı tədbirlər görüləcək.
//Nəzər.Media
