Rusiyada azərbaycanlı biznesmenlərdən rüşvət alan polislər saxlanılıb.
Əməliyyat üzrə Leninqrad vilayətinin Vsevolojsk rayonunun 87, 88, 97 və 128-ci polis bölmələrinin yüksək rütbəli əməkdaşları saxlanılıb. Onlar azərbaycanlı sahibkarlardan 154 min rubl rüşvət alıblar.
İstintaq Komitəsi rüşvət almada vasitəçilik maddəsi ilə cinayət işi açıb.
Onların iş yerlərində və evlərində axtarışlar aparılıb.
//Milli.az
