
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Şəhid xanımı Fizzə Mirzəyeva Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasına üzv seçilib.
Nəzər.Media qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Agentliyinin Müşahidə Şurasının ötən gün keçirilən iclasında qərar verilib. O, qarşıdakı 4 ildə Agentliyin Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, F.Mirzəyeva Azərbaycanın Milli Qəhrəmanı, Aprel şəhidi polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşıdır. M.Mirzəyev 2016-cı il Aprel döyüşlərində komandiri olduğu qrupla birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad edib və baş verən qeyri-bərabər döyüşdə şəhid olub. Dövlət başçısının Sərəncamı ilə Murad Mirzəyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
