Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Bursada baş verib.
Qəza zamanı minik avtomobili sərxoş idarə edən şəxs motosiklet idarən şəxsi vurub. Hadisə zamanı motosikletin sürücüsü yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs isə ərazidən qaçmağa nail olub. Onun axtarışına və hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
