Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “İmişli”ni qəbul edəcək. “Bayquşlar” doğma publika önünüdə ikinci qələbələrini qazanmağa çalışacaq. “İmişli” isə bu oyunda məğlub olmamaq haqqında düşünəcək. Hakim Fərid Hacıyevin idarə etdiyi qarşılşama üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Sabah”ın start heyəti:
92. Stas Pokatilov(GK)
10. Anatoli Nuriyev
5. Rəhman Daşdəmirov
6. Abdulax Xaybulaev
20. Coy Lens Mikels
18. Pavol Safranko (C)
40. İqor Noqeyra
80. Akim Zedadka
3. Stiv Solvet
13. İvan Lepiniça
11. Kahim Parris
“Sabah”ın ehtiyat oyunçuları:
55. Nicat Mehbalıyev(GK)
72. Rustam Samiqullin
17. Tellur Mütəllimov
8. Ayaz Quliyev
2. Amin Seydiyev
88. Xəyal Əliyev
77. Nihat Cabbarov
21. Velko Simiç
33. Umarali Raxmonaliyev
“Sabah”ın baş məşqçisi:Valdas Dambrauskas
“İmişli”nin start heyəti:
33. Andrey Sinenka(GK)
19. Azər Salahlı (C)
11. Vüsal Qənbərov
3. Tuncay Yusifli
94. Rafael Vieqas
14. Ronaldo Rodriqes
6. Yau Moses
9. Dioqo Almeyda
23. Dioqo Rollo
17. Ezekiel Morqan
7. Luis Silvestr
“İmişli”nin ehtiyat oyunçuları:
1. Hüseynəli Quliyev(GK)
99. İmam Əli
21. Abbas Ağazadə
97. Xəzər Mahmudov
5. İdris İnqilablı
44. Həzrət İsayev
27. Lətif Rzayev
30. Xəlil Mürsəlli
10. Nikola Karaklaiç
“İmişli”nin baş məşqçisi:Jorj Kaşkilya
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasında III tura Cümə günü start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün və turun ilk qarşlaşmasında “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Sumqayıt”-“Şamaxı”-0:0.Oyunun 63-cü dəqiqəsində “Şamaxı”nın heyətindən Rikardo Apolinarionun avtoqulu ilə “Sumqayıt” hesabı açıb-“Sumqayıt”-“Şamaxı”-0:1.Oyunun 75-ci dəqiqəsində Edqard Adilxanov “Şamaxı”nın bərabərlik topuna imza atıb-“Sumqayıt”-“Şamaxı”-1:1. Bu görüşdə sonuncu qol olub və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane olub-“Sumqayıt”-“Şamaxı”-1:1
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da “Turan Tovuz”u qəbul edib. Artıq oyunun 6-cı dəqiqəsində “Turan Tovuz” Roberto Olabenin qolu ilə hesabı açıb-“Neftçi”-“Turan Tovuz”-0:1. Görüşün ilk hissəsi “Turan Tovuz”un 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 57-ci dəqiqəsində “Neftçi” azlqıda qaldı. Komandanın heyətində İqor Riberya qırmızı vərəqə alaraq meydandan qovuldu-“Neftçi”-“Turan Tovuz”-0:1. Bu matçda yadda qalan son hadisə oldu və ilk hissənin nəticəsi oyunun nəticəsi oldu- “Neftçi”-“Turan Tovuz”-0:1.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 14-cü dəqiqəsində “Zirə” Qismət Alıyevin qolu ilə hesabı açıb-“Zirə”-“Kəpəz”-1:0. Oyunun 32-ci dəqiqəsində İssa Cibrilla “Zirə”nin ikinci topuna imza atıb-“Zirə”-“Kəpəz”-2:0.Oyunun 41-ci dəqiqəsində Martins Junior “Zirə”nin üçüncü topuna imza atıb-“Zirə”-“Kəpəz”-3:0. İlk hissə “Zirə”nin 3:0 üstünlüyü ilə başa çatıb. Oyunun 77-ci dəqiqəsində Yeqor Boqomolski “Zirə”nin dördüncü topuna imza atıb-“Zirə”-“Kəpəz”-4:0.Oyunun 83-cü dəqiqəsində David Volkov “Zirə”nin beşinci topuna imza atdı-“Zirə”-“Kəpəz”-5:0. Bu oyunda vurulan son qol oldu və “Zirə” “Kəpəz”i 5:0 məğlub edib.
Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena” “Qəbələ”ni qəbul edib. Artıq oyunun 9-cu dəqiqəsində “Qəbələ” Adriel Ba Louanın qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“Qəbələ”-0:1. Oyunun 30-cu dəqiqəsində Ba-Muaka Simakala “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atıb-“Araz-Naxçıvan”-“Qəbələ”-1:1. Oyunun 33-cü dəqiqəsində Felipe Santos “Araz-Naxçıvan”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Araz-Naxçıvan”-“Qəbələ”-2:1. İlk hissə “Araz-Naxçıvan” 2:1 qələbəsi ilə başa çatdı. Oyunun ikinci hissəsində qol olmadı və ilk hissənin nəticəsi matçın nətəcisi oldu-“Araz-Naxçıvan”-“Qəbələ”-2:1.
