Bu gün ölkəmizi Avrokuboklarda təmsil edən klublardan “Sabah” “Bank Respublika Arena”da UEFA Avropa Liqasının I təsnifanat mərhələsinin ilk görüşü çərçivəsində Sloveniyanın “Çelye” klubunu qəbul edib.
Artıq oyunun 3-cü dəqiqəsində “Sabah” Pavol Şafrankonun qolu ilə hesabı açıb-“Sabah”-“Çelye”-1:0. Ancaq “bayquşlar”ın sevinci 4 dəqiqə çəkib. Oyunun 7-ci dəqiqəsində Franko Kovaçeviç “Çelye”nin bərabərlik topuna imza atıb-“Sabah”-“Çelye”-1:1. Oyunun 18-ci dəqiqəsində Pavol Şafranko penaltidən dubla imza ataraq özünün “Sabah”ın ikinci topuna imza ataraq komandamızı yenidən hesabda önə keçirib-“Sabah”-“Çelye”-2:1. İlk hissə təmsilçimizin 2:1 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun 48-ci dəqiqəsində Franko Kovaçeviç dubla edərək özünün və komandasnın ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-“Sabah”-“Çelye”-2:2. Oyunun 90+3-cü dəqiqəsində Darko Hrka “Çelye”nin üçüncü topuna imza ataraq komandasını hesabda önə keçirib-“Sabah”-“Çelye”-2:3. Bu oyunda vurulan son qol olub və “Sabah” Bakıda ilk oyunda məğlub olub. Tərəflər arasında cavab qarşılaşması 17 iyulda Sloveniyada keçiriləcək.
//Nezer.Media
