Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilən “Sabah”-“Turan Tovuz” oyunu başa çatdı. Gərgin keçən matçda “Sabah” 2:0 qalib gəldi.
xxxx
Oyunun 90+6-cı dəqiqəsində Pavol Safranko penaltidən “Sabah”ın ikinci topuna imza atdı-“Sabah”-“Turan Tovuz”-2:0
xxxxx
Oyunun 56-cı dəqiqəsində “Sabah” Velko Simiçin qolu ilə hesabı açdı-“Sabah”-“Turan Tovuz”-1:0
xxxxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Turan Tovuz”u qəbul edir. “Bayquşlar” matça üç xal üçün çıxır. Tovuzlularda bu oyunda növbəti qələbələrini qazanmağa çalışır. Hakim Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşmada artıq oyunun ilk hissəsi arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilmədi-“Sabah”-“Turan Tovuz”-0:0
Bazar günü iki qarşılaşma tutacaq.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da Azərbaycan futbolunun nəhəngi “Qarabağ”ı qəbul edəcək. Muxtar Respublika təmsilçisi səfərdə “Benifika”nı məğlub edən komandaya öz evində ən azından məğlub olmamaq haqqında düşünəcək. “Köhlən atlar” isə bu oyunda növbəti üç xalını qazanmağa çalışacaq.
Günün və turun sonuncu qarşılşamasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Neftçi”ni qəbul edəcək. Keçən tur texniki qələbənin sayəsində üç xal əldə edib turnir cədvəlinin 1-ci sırasına yüksələn “kimyaçılar” bu oyunda həqiqi qələbə qazanaraq mövqeylərini qorumaq istəyəcək. “Neftçi”də bu oyunda mövsümdə ilk qələbəsini qazanmağa çalışacaq.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının V turuna dünən start verilib. Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda “İmişli”ni qəbul edib.Artıq oyunun 12-ci dəqiqəsində “İmişli” Dioqo Almeydanın qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“İmişli”-0:1.Oyunun 15-ci dəqiqəsində Edvin Banquera “İmişli”nin ikinci topuna imza atıb-“Karvan-Yevlax”-“İmişli”-0:2. İlk hissə “İmişli”nin 0:2 üstünlüyü ilə başa çatıb. Oyunun 80-ci dəqiqəsində Azər Salahlı “İmişli”nin üçüncü topuna imza atıb-“Karvan-Yevlax”-“İmişli”-0:3. Bu oyunda vurulan sonuncu qol olub və “İmişli” 3 xalı 3 cavabsız qol vurmaqla qazanıb.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Şamaxı”nı qəbul edib. Artıq oyunun 24-ci dəqiqəsində “Şamaxı” Karim Rossinin qolu ilə “Şamaxı” hesabı açıb-“Zirə”-“Şamaxı”-0:1. İlk hissə “Şamaxı”nın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 83-cü dəqiqəsində Junior Martins “Zirə”nin bərabərlik topuna imza atıb-“Zirə”-“Şamaxı”-1:1. Oyunun 87-ci dəqiqəsində Junior Martins dubla imza ataraq özünün və “Zirə”nin ikinci topuna imza atıb və komandasını hesabda önə keçirib-“Zirə”-“Şamaxı”-2:1. Bu oyunda vurulan sonuncu qol olub və “Zirə” matçdan 2:1 qalib ayrılıb.
Bu gün bir qarşılaşma baş tutub.
Bu gün günün ilk qarşılaşamasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 44-cü dəqiqəsində “Qəbələ” Adriel Ba Louanun qolu ilə hesabı açıb-“Qəbələ”-“Kəpəz”-1:0. İlk hissə “Qəbələ”nin 1:0 üstünlüyü ilə başa çatıb.Oyunun 59-cu dəqiqəsində Prins Ovusu “Qəbələ”nin ikinic topuna imza atıb-“Qəbələ”-“Kəpəz”-2:0.Oyunun 67-ci dəqiqəsində Prins Ovusu dubl edərək özünün ikinci və “Qəbələ”nin üçüncü topuna imza atıb-“Qəbələ”-“Kəpəz”-3:0. Bu oyunda vurulan son qol oldu və “Qəbələ” mövsümdə ilk üç xalını üç cavabsız qolla qazanıb-“Qəbələ”-“Kəpəz”-3:0
