Azərbaycan Premuer Liqasının XI turu çərçivəsində keçirilən “Kəpəz”-“Sabah” oyunu başa çatdı. Gərgin keçən matç 1:3 “Sabah”ın xeyrinə başa çatdı.
xxxx
Oyunun 54-cü dəqiqəsində İqor Noqeyra “Sabah”ın üçüncü topuna imza atdı-“Sabah”-“Kəpəz”-1:3
xxxx
“Kəpəz”-“Sabah” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Sabah” 1:2 hesabı ilə irəlidədir.
xxxx
Oyunun 45+5-ci dəqiqəsində “Kəpəz” Olavale Onanuqanın qolu ilə hesab arasındakı fərqi azaltdı-“Kəpəz”-“Sabah”-1:2
xxxx
Oyunun 28-ci dəqiqəsində Coy Lens Mikels “Sabah”ın ikinci topuna imza atdı-“Kəpəz”-“Sabah”-0:2
xxxx
Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün açılış oyununda qədim Gəncə təmsilçisi “Kəpəz” “Qəbələ Şəhər Stadionu”nda “Sabah”ı qəbul edir. Nizami yurdunun təmsilçiləri bu oyunda ən azından məğlub olmamaq haqqında düşünür. “Bayquşlar” isə meydana üç xal üçün çıxıb. Hakim Tural Qurbanovun idarə etdiyi qarşılaşmada artıq oyunun 22-ci dəqiqəsində “Sabah” Velko Simiçin qolu ilə hesabı açdı-“Kəpəz”-“Sabah”-0:1
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün və Zəfər turunun sonuncu görüşündə “Azərsun Arena”da “Qarabağ” “Neftçi”ni qəbul edəcək. “Çelsi”yə məğlub olmayan “köhlən atlar” Azərbaycan derbisində də qələbə qazanmaq istəyəcək. Abubaklı “Neftçi”də bu oyunda Azərkeşlərini sevindirmək arzusunda olacaq.
Qeyd edək ki, XI tura Cümə günü start verilib. Açılış günündə iki qarşılaşma təyin olunub.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “İmişli”ni qəbul edib. Oyunun ilk hissəsi başladığı hesabla bitdi-“Şamaxı”-“İmişli”-0:0. Oyunun 78-ci dəqiqəsində “İmişli” Karim Rossinin qolu ilə hesabı açdı-“Şamaxı”-“İmişli”-1:0. Bu oyunda vurulan son qol oldu və “Şamaxı” matçdan 1:0 qalib ayrıldı.
Günün ikinci qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda gənlik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Qəbələ”-“Sumqayıt”-0:0.Oyunun 54-cü dəqiqəsində “Sumqayıt” Rüstəm Əhmədzadənin qolu ilə hesabı açıb-“Qəbələ”-“Sumqayıt”-0:1. Oyunun 82-ci dəqiqəsində Aleksandr Ramalinqom “Sumqayıt”ın ikinci topuna imza atıb-“Qəbələ”-“Sumqayıt”-0:2. Bu oyunda vurulan son qol olub və “Sumqayıt” matçdan 0:2 qalib ayrıldı.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında Araz-Naxçıvan” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edib. Artıq oyunun 16-cı dəqiqəsində “Karvan-Yevlax” Araz Abdullayevin qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“Karvan-Yevlax-0:1. İlk hissə “Karvan-Yevlax”ın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 65-ci dəqiqəsində Hamidu Keyta “Araz-Naxçıvan”-ın bərabərlik topuna imza atıb-“Araz-Naxçıvan”-“Karvan-Yevlax-1:1.Oyunun 90+2-ci dəiqəsində Felipe Santos penaltidən “Araz-Naxçıvan”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib–“Araz-Naxçıvan”-“Karvan-Yevlax-2:1. Bu oyunda vurulan son qol oldu və “Araz-Naxçıvan” matçdan 2:1 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Turan Tovuz”u qəbul edib. Qarşılaşmanın ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“Zirə”-“Turan Tovuz”-0:0.Oyunun 60-cı dəqiqəsində “Turan Tovuz” azlıqda qalıb. Komandanın heyətində Roberto Olabe ikinci sarı vərəqə alaraq meydandan qovulub-“Zirə”-“Turan Tovuz”-0:0. Bu görüşdə sonuncu yadda qalan hadisə olub və qarşılaşma başladığı hesabla bitib-“Zirə”-“Turan Tovuz”
