• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Sabah" səfərdə məğlub oldu-YENİLƏNİB-2

08 Avqust, 25 / 0:02
A A
"Sabah" səfərdə məğlub oldu-YENİLƏNİB-2

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Levski”-“Sabah” oyunu başa çatdı. Gərgin keçən oyunda “Sabah” 1:0 məğlub oldu. Tərəflər arasında cavab qarşılaşması 1 həftə sonra keçiriləcək

xxxxx
Oyunun 90+8-ci dəqiqəsində “Levski” Borislav Rupanovun qolu ilə hesabı açdı-“Levski”-“Sabah”-0:1
xxxx
UEFA Avropa Konfrans Liqasındakı təmsilçilərimizdən “Sabah” səfərdə “Georgi Asparuxov” stadionunda UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin ilk qarşılaşması çərçivəsində Bolqarıstanın “Levski” klubunu qəbul edir. “Bayquşlar” səfərdə güclü rəqibinə məğlub olmamağa çalışır. “Levski” isə doğma publika önünüdə sərfəli nəticə ilə qələbə qazanaraq Bakıya gəlməyə çalışır. Oyunu Xorvatiydan olan hakimlər briqadası idarə edir. Qarşılaşmanı Duye Strukan idarə edir. Ona ədaləti təmsil etməkdə həmyerliləri Alen Yakşiç və Maryan Tomas yardımçıdır.Dördüncü hakim funksiyasını Ante Terziç yerinə yetirir. VAR-da Mario Zebetsə Ante Tsulyak kömək edir. Artıq oyunda ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Levski”-“Sabah”-0:0

Qeyd edək ki, “Sabah” Avrokuboklara UEFA Avropa Liqasının I təsnifat mərhələsindən qoşulub.

İlk olaraq iyulun 10-da Bakıda Mazasırda UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Bank Respublika Arena”da Sloveniyanın “Çelye” klubunu qəbul edib. Artıq oyunun 3-cü dəqiqəsində “Sabah” Pavol Şafrankonun qolu ilə hesabı açıb-“Sabah”-“Çelye”-1:0. Ancaq “bayquşlar”ın sevinci 4 dəqiqə çəkib. Oyunun 7-ci dəqiqəsində Franko Kovaçeviç “Çelye”nin bərabərlik topuna imza atıb-“Sabah”-“Çelye”-1:1. Oyunun 18-ci dəqiqəsində Pavol Şafranko penaltidən dubla imza ataraq özünün “Sabah”ın ikinci topuna imza ataraq komandamızı yenidən hesabda önə keçirib-“Sabah”-“Çelye”-2:1. İlk hissə təmsilçimizin 2:1 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun 48-ci dəqiqəsində Franko Kovaçeviç dubla edərək özünün və komandasnın ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-“Sabah”-“Çelye”-2:2. Oyunun 90+3-cü dəqiqəsində Darko Hrka “Çelye”nin üçüncü topuna imza ataraq komandasını hesabda önə keçirib-“Sabah”-“Çelye”-2:3. Bu oyunda vurulan son qol olub və “Sabah” Bakıda ilk oyunda məğlub olub.

İyulun 17-də “Sabah” səfərdə “Çelye” Stadionunda “Çelye”nin qonağı olub. Artıq oyunun 9-cu dəqiqəsində “Sabah” Coy Lens Mikelsin qolu ilə hesabı açıb-“Çelye”-“Sabah”-0:1(3:3). Oyunun 19-cu dəqiqəsində Franko Kovaçeviç penaltidən “Çelye”nin bərabərlik topuna imza atıb-“Celye”-“Sabah”-1:1(4:3). İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Sabah”-“Çelye”-1:1(4:3). Oyunun 49-cu dəqiqəsində Damiyan Vukliseviç “Çelye”nin ikinci topuna imza ataraq komandasını bu oyunda həm irəli çıxatdı, həmdə komandasının üstünlüyünü bir qədər də artırdı-“Çelye”-“Sabah”-2:1(5:3). Oyunun 63-cü dəqiqəsində Coy Lens Mikles dubl edərək “Sabah”ın ikinci topuna imza ataraq ümumu hesab arasındakı fərqi azaltdı-“Çelye”-“Sabah”-2:2(5:4). Oyunun 64-cü dəqiqəsində isə Coy Lens Mikle xett-trik edərək özünün və komandasını üçüncü topuna imza ataraq “Sabah”ı bu oyunda hesabda irəli çıxardı və ümumi hesabı bərabərləşdirdi-“Çelye”-“Sabah”-2:3(5:5). Oyunun 90-dəqiqəsi ərzində tərəflərdə heç biri fərqlənə bilməyib. Beləcə növbəti mərhələnin qalibini müəyyənləşdirmək üçün tərəflər daha 120 dəqiqə mübarizə aparmalı olub-“Çelye”-“Sabah”-2:e(5:5). İlk 15-dəqiqə ərzində tərəflərdən heç biri fərqlənə bilməyib-“Çelye”-“Sabah”-2:3(5:5). Oyunun 108-ci dəqiqəsində Nikita İosifov “Celye”nin üçüncü topuna imza ataraq hesabı bərabərləşdirdi və ümumi hesabda komdasını irəli çıxatdı-“Çelye”-“Sabah”-3:3(6:5). Bu oyunda vurulan son qol oldu və “Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsində mübarizə dayandırdı. “Çelye”-“Sabah”-3:3(6:5).

İyulun 24-də “Sabah” səfərdə UEFA Avropa Konfrasn Liqasının II təsnifat mərhələsinin ilk görüşü çərçivəsində Kişnyovun “Zimbru” stadionunda Moldovanın “Petrokub” klubunun qonağı olub. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Petrokub”-“Sabah”-0:0.Oyunun 82-ci dəqiqəsində “Sabah” Pavol Savrankonun qolu ilə hesabı açıb-“Petrokub”-“Sabah”-0:1. Oyunun 90-cı dəqiqəsində Kahim Parris “Sabah”ın ikinci topuna imza atdı-“Petrokub”-“Sabah”-0:2. Bu oyunda vurulan son qol oldu və “Sabah” matçdan 0:2 qalib ayrıldı.

İyulun 31-də isə Bakıda “Bank Respublika Arena”da UEFA Konfrasn Liqasının II təsnifat mərhələsinin cavab qarşılşaması çərçivəsində “Petrokub” klubunu qəbul edib.. Artıq oyunun 22-ci dəqiqəsində “Sabah” Coy Lens Mikelsin qolu ilə hesabı açaraq ümumi hesabı bir qədər də artırıb-“Sabah”-“Petrokub”-1:0(3:0).Oyunun 28-ci dəqiqəsində Coy Len Mikels dubl edərək özünün və “Sabah”ın ikinci topuna imza ataraq ümumi hesabı bir qədər də artırıb-“Sabah”-“Petrokub”-2:0(4:0).Oyunun 42-ci dəqiqəsində “Petrokub” “Sabah”ın heyətindən Stiv Solvetin avtoqolu ilə həm bu oyunda həm də ümumi hesab arasındakı fərqi azaldıb-“Sabah”-“Petrokub”-2:1(4:1). Oyunun 44-cü dəqiqəsində Coy Lens Mikels xett-trik edərək özünün və “Sabah”ın üçüncü topuna imza ataraq ümumi hesabı bir qədər də artırıb-“Sabah”-“Petrokub”-3:1(5:1).Oyunun 45+1-ci dəqiqəsində Pavol Safranko “Sabah”ın dördüncü topuna imza ataraq ümumi hesabı bir qədər də artırıb-“Sabah”-“Petrokub”-4:1(6:1). İlk hissə “Sabah”ın bu oyunda 4:1 ümumi hesabda 6:1 üstünlüyü ilə başa çatıb-“Sabah”-“Petrokub”-4:1(6:1). Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub. Beləcə oyunda 4:1 qalib gələn “Sabah” ümumi hesabda 6:1 qalib gələrək adını III təsnifat mərhələsinə yazdırıb-“Sabah”-“Petrokub”-4:1(6:1)

Previous Post

"Araz-Naxçıvan" evdə darmadağın oldu-YENİLƏNİB-5

Next Post

Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in baş katibinə müraciət edəcək

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.