Cümə günü milli komandanın 2026 Dünya Çempionatının Seçmə mərhələsindəki oyunları ilə əlaqədar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında VIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Bank Respublika Arena”da “Sabah” “Zirə”ni qəbul edəcək. “Bayquşlar” doğma meydanda növbəti qələbələrini qazanmağa çalışacaq. “Mavi qartallar”da Masazırda üç xal üçün mübarizə aparacaq.Hakim Cavid Cəlilovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Sabah”ın start heyəti:
92. Stas Pokatilov (GK)
5. Rəhman Daşdəmirov
88. Xəyal Əliyev
21. Velko Simiç
80. Akim Zedadka
3. Stiv Solvet
27. Timoteuş Puxaç
13. İvan Lepiniça
11. Kahim Parris
33. Umarali Raxmonaliyev
19. Aron Maluda
“Sabah”ın ehtiyat oyunçuları:
55. Nicat Mehbalıyev(GK)
72. Rustam Samiqullin(GK)
17. Tellur Mütəllimov
10. Anatoli Nuriyev
8. Ayaz Quliyev
2. Amin Seydiyev
6. Abdulax Xaybulaev
40. İqor Noqeyra
70. Cesse Sekidika
53. Andrey Santos
“Sabah”ın baş məşqçisi:Valdas Dambrauskas
“Zirə”nin start heyəti:
97. Tiaqo Silva(GK)
70. Namik Ələskərov
32. Qismət Alıyev (C)
21. Hacıağa Hacılı
26. Stefan Aka
4. Ruan Renato
25. Enrike Kustodio
10. Giorgi Papunaşvili
93. Brahim Konate
11. Junior Martins
77. Yeqor Boqomolski
“Zirə”nin ehtiyat oyunçuları:
13. Aydın Bayramov(GK)
41. Anar Nəzirov(GK)
7. Rövlan Muradov
16. Fuad Bayramov
14. Elçin Əlicanov
48. Ramiz Muradov
43. Əhliman Süleymanzadə
28. Leroy Mikels
30. Rikardo Martins
5. Ange Mutsinzi
6. Eldar Quliyev
“Zirə”nin baş məşqçisi:Rəşad Sadıqov
Bu gün bir qarşılaşma baş tutub
Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Ağ-qaralar” meydana üç xal üçün çıxacaq. Muxtar Respublika təmsilçisi də bu oyunda üç xal qazanmağı hədəfləyəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turuna Cümə günü start verilib. Açılış günündə iki qarşlaşma baş tutub.
Günün və turun ilk oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 11-ci dəqiqəsində “Şamaxı” Sezar Enrikenin qolu ilə hesabı açıb-“Şamaxı”-“Kəpəz”-1:0. Oyunun 34-cü dəqiqəsində Fərid Nəbiyev “Kəpəz”in bərabərlik topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:1. Oyunun 39-cu dəqiqəsində Fərid Nəbiyev dubl edərək özünün və “Kəpəz”in ikinci topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:2. Oyunun 45+1-ci dəqiqəsində “Şamaxı” azlıqda qalıb. Komandanın heyətində Abdullahi Şuaybu qırmızı vərəqə alaraq meydandan qovulub-“Şamaxı”-“Kəpəz”-1:2. İlk hissə “Kəpəz”in 1:2 üstünlüyü ilə başa çatıb. Oyunun 67-ci dəqiqəsində Luis Paçu “Kəpəz”in üçüncü topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:3. Oyunun 85-ci dəqiqəsində Luis Paço dubla imza ataraq özünün ikinci komandasının dördüncü topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:4. Bu oyunda vurulan son qol olub və “Kəpəz” mövsümdə ilk qələbəsini reallaşdırıb.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arena”da “Qarabağ”ı qəbul edib.Artıq oyunun 40-cı dəqiqəsində “Turan Tovuz” Alexandro Serrano penaltidən qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Qarabağ”-1:0. İlk hissə “Turan Tovuz”un 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 55-ci dəqiqəsində “Qarabağ” Nəriman Axundzadənin qolu ilə hesabı bərabərləşdirib-“Turan Tovuz”-“Qarabağ”-1:1. Oyunun 63-cü dəqiqəsində Abdullah Zubir “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Turan Tovuz”-“Qarabağ”-2:1.Bu oyunda vurulan son qol oldu “Qarabağ” matçdan 1:2 qalib ayrıldı.
Dünən iki qarşılaşma baş tutub.
İlk olaraq “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Qəbələ”ni qəbul edib. Artıq oyunun 43-cü dəqiqəsində “Qəbələ” Domi Massumonun qolu ilə hesabı açıb-“İmişli”-“Qəbələ”-1:0. Görüşün ilk hissəsi 0:1 “Qəbələ”nin xeyrinə başa çatıb. Oyunun 47-ci dəqiqəsində İbrahim Sanqare “Qəbələ”nin ikinci topuna imza atıb-“İmişli”-“Qəbələ”-0:2. Oyunun 74-cü dəqiqəsində Ronaldo de Souza “İmişli”nin qoluna imza ataraq hesab arasındakı fərqi azaldıb-“İmişli”-“Qəbələ”-1:2.Oyunun 80-ci dəqiqəsində Dioqo Almeyda “İmişli”nin ikinci topuna imza atraq hesabı bərabərləşdirib-“İmişli”-“Qəbələ”-2:2. Bu görüşdə vurulan son qol oldu və tərəflər hərəyə iki dəfə fərqlənməklə bir xala qane oldular.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər stadionu”n “Karvan-Yevlax”ı qəbul edib. Artıq oyunun 12-ci dəqiqəsində “Sumqayıt” Ronaldo Vaskezin qolu ilə hesabı açıb-“Sumqayıt”-“Karvan-Yevlax”-1:0. Oyunun 43-cü dəqiqəsində Coy Sleyd Mikels “Karvan-Yevlax”ın bərabərlik topuna imza atıb-“Sumqayıt”-“Karan-Yevlax”-1:1. Görüşün ilk hissəsi tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Sumqayıt”-“Karan-Yevlax”-1:1.Oyunun 54-cü dəqiqəsində Aleksandr Ramalinqom penaltidən “Sumqayıt”ın ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-“Sumqayıt”-Karvan-Yevlax”-2:1. Oyunun 59-cu dəqiqəsində Aleksa Yankoviç “Sumqayıt”ın üçüncü topuna imza atıb-“Sumqayıt”-“Karvan-Yevlax”-3:1.Oyunun 65-ci dəqiqəsində Aleksandr Ramalinqom penaltidən dubl edərək özünün ikinci və komandasının dördüncü topuna imza atıb-“Sumqayıt”-“Karvan-Yevlax”-4:1.Bu oyunda vurulan son qol olub və “Sumqayıt” matçdan 4:1 qalib ayrılıb.
