Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Şirlər” doğma publika önündə qələbə qazanmaq istəyəcək. Keçən turda darmadağın olan Muxtar Respublika təmsilçisi də bu oyunda qələbə qazanmaq haqqında düşünəcək. Hakim Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Şamaxı”nın start heyəti:
1. Rikardo Fernandes (C)
97. Oruc Məmmədov
82. Rüfət Abbasov
9. Karim Rossi
3. Vladislav Veremeyev
13. Rikardo Apolinario
11. Dioqo Balau
4. Sezar Enrike
44. David Santos
19. Abdullahi Şuaybu
8. Alfons Msanqa
“Şamaxı”nın ehtiyat oyunçuları:
62. Abdulla Seydəhmədov(GK)
99. Səlim Həşimov(GK)
27. Emil Süleymanov
80. Həbib İsmayılov
5. Arsen Ağcabəyov
17. Rafael Məhərrəmli
21. Bilal İsmayılov
77. Nihat Mehralıyev
14. Ravil Qafarov
24. Sənan Muradlı
6. Antonio Lara
“Şamaxı”nın baş məşqçisi:Ayxan Abbasov
“Araz-Naxçıvan”ın start heyəti:
12. Kristian Avram(GK)
2. Qara Qarayev
34. Urfan Abbasov (C)
3. Bəxtiyar Həsənalızadə
6. Patrik Andrade
29. Vanderson Melo
7. Hamidu Keyta
10. Felipe Santos
11. Ba-Muaka Simakala
77. Bruno Franko
70. Şarl Boli
“Araz-Naxçıvan”ın ehtiyat oyunçuları:
94. Tərlan Əhmədli(GK)
22. Elçin Mustafayev
24. Mustafa Əhmədzadə
23. Nuno Rodriqes
14. Ülvi İsgəndərov
8. Coşqun Diniyev
26. Ömər Buludov
19. Bar Kohen
17. İssuf Paro
“Araz-Naxçıvan”ın baş məşqçisi:Elmar Baxşıyev
Bu gün bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. Keçən tur mövsümdə ilk qələbəsini qazanan “ağ-qaralar” bu turda növbəti qələbəni qazanmaq istəyəcək. Qonaqlar isə qələbəyə ac olan “Neftçi”yə ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında Qərb derbisi çərçivəsində “Turan Tovuz” “Azərsun Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Boz qurd” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. Nizami yurdunun təmsilçiləri isə bu oyunda mövsümdə ən azı ilk xallarını qazanmağa çalışacaq.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Bayquşlar” matçda növbəti üç xallarını qazanmağa çalışacaq. “Kimyaçı”larda Masazırda qələbəyə sevinmək istəyirlər.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasına dünən start verilib. Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Zirə”ni qəbul edib. Artıq oyunun 24-cü dəqiqəsində “İmişli” Dioqo Rollonun qolu ilə hesabı açıb-“İmişli”-“Zirə”-1:0. İlk hissə “İmişli”nin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 80-ci dəqiqəsində David Volkov “Zirə”nin bərabərlik topuna imza atıb-“İmişli”-“Zirə”-1:1.Bu görüşdə vurulan yeganə qol oldu və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldular-“İmişli”-“Zirə”-1:1.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Qəbələ”ni qəbul edib. Artıq oyunun 1-ci dəqiqəsində “Qəbələ” azlıqda qalıb. Komandanın heyətində Prins Ovusu qırmızı vərəqə alaraq meydandan qovulub-“Qarabağ”-“Qəbələ”-0:0. Oyunun 16-cı dəqiqəsində “Qarabağ” Abdullah Zubirin qolu ilə hesabı açıb-“Qarabağ”-“Qəbələ”-1:0. İlk hissə “Qarabağ”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 90+3-cü dəqiqəsində Musa Qurbanlı “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“Qəbələ”-2:0. Bu oyunda sonuncu qol olub hər hissəyə bir qol vuran “Qarabağ” matçdan 2:0 qalib ayrılıb.
