Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilən “Zirə”-“Şamaxı” oyunu başa çatdı. Gərgin keçən oyunda “Zirə” 2:1 qalib gəldi. Bununla da “Zirə” müvəqqəti olsa da liderliyə yüksəldi
xxxxxx
Oyunun 87-ci dəqiqəsində Junior Martins dubla imza ataraq özünün və “Zirə”nin ikinci topuna imza atdı və komandasını hesabda önə keçirdi-“Zirə”-“Şamaxı”-2:1
xxxx
Oyunun 83-cü dəqiqəsində Junior Martins “Zirə”nin bərabərlik topuna imza atdı-“Zirə”-“Şamaxı”-1:1
xxxx
“Zirə”-“Şamaxı” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Şamaxı” 0:1 irəlidədir.
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Şamaxı”nı qəbul edir. Keçən tur Azərbaycan futbolunun nəhənginə məğlub olmayan “mavi qartallar” bu oyunda doğma publika önündə qələbə qazanmaq istəyir. “Şirlər”də matçda üç xal üçün çıxıb. Hakim Cavid Cəlilovun idarə etdiyi qarşılaşmada artıq oyunun 24-ci dəqiqəsində “Şamaxı” Karim Rossinin qolu ilə “Şamaxı” hesabı açdı-“Zirə”-“Şamaxı”-0:1
Turun digər görüşləri sabah və Bazar günü keçiriləcək. Sabah iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Qələbə üzünə həsrət “Qəbələ” bu oyunda qələbə qazanamağa çalışacaq. Xal üzünə həsrət Nizami yurdunun təmsilçiləri isə bu oyunda ən azı ilk xalını qazanmağa çalışacaq.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Turan Tovuz”u qəbul edəcək. “Bayquşlar” matça üç xal üçün çıxacaq. Tovuzlularda bu oyunda növbəti qələbələrini qazanmağa çalışacaq.
Bazar günü iki qarşılaşma tutacaq.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da Azərbaycan futbolunun nəhəngi “Qarabağ”ı qəbul edəcək. Muxtar Respublika təmsilçisi səfərdə “Benifika”nı məğlub edən komandaya öz evində ən azından məğlub olmamaq haqqında düşünəcək. “Köhlən atlar” isə bu oyunda növbəti üç xalını qazanmağa çalışacaq.
Günün və turun sonuncu qarşılşamasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Neftçi”ni qəbul edəcək. Keçən tur texniki qələbənin sayəsində üç xal əldə edib turnir cədvəlinin 1-ci sırasına yüksələn “kimyaçılar” bu oyunda həqiqi qələbə qazanaraq mövqeylərini qorumaq istəyəcək. “Neftçi”də bu oyunda mövsümdə ilk qələbəsini qazanmağa çalışacaq.
Bu gün bir qarşılaşma baş tutub.
Bu görüşdən əvvəl “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda “İmişli”ni qəbul edib.Artıq oyunun 12-ci dəqiqəsində “İmişli” Dioqo Almeydanın qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“İmişli”-0:1.Oyunun 15-ci dəqiqəsində Edvin Banquera “İmişli”nin ikinci topuna imza atıb-“Karvan-Yevlax”-“İmişli”-0:2. İlk hissə “İmişli”nin 0:2 üstünlüyü ilə başa çatıb. Oyunun 80-ci dəqiqəsində Azər Salahlı “İmişli”nin üçüncü topuna imza atıb-“Karvan-Yevlax”-“İmişli”-0:3. Bu oyunda vurulan sonuncu qol olub və “İmişli” 3 xalı 3 cavabsız qol vurmaqla qazanıb.
