Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçirilən “Şamaxı”-“Kəpəz” oyunu başa çatdı. Gərgin keçən oyunda 1:4 qələbə qazanan “Kəpəz” mövsümdə ilk qələbəsini qazandı
xxx
Oyunun 85-ci dəqiqəsində Luis Paço dubla imza ataraq özünün ikinci komandasının dördüncü topuna imza atdı-“Şamaxı”-“Kəpəz”-1:4
xxxx
Oyunun 67-ci dəqiqəsində Luis Paçu “Kəpəz”in üçüncü topuna imza atdı-“Şamaxı”-“Kəpəz”-1:3
xxxxxxx
“Şamaxı”-“Kəpəz” oyununda tərəflər fasiləyə yollandı İlk hissədən sonra “Kəpəz” 1:2 hesabl ilə irəlidədir.
xxxx
Oyunun 45+1-ci dəqiqəsində “Şamaxı” azlıqda qaldı. Komandanın heyətində Abdullahi Şuaybu qırmızı vərəqə alaraq meydandan qovuldu-“Şamaxı”-“Kəpəz”-1:2
xxxx
Oyunun 39-cu dəqiqəsində Fərid Nəbiyev dubl edərək özünün və “Kəpəz”in ikinci topuna imza atdı-“Şamaxı”-“Kəpəz”-1:2
xxxx
Oyunun 34-cü dəqiqəsində Fərid Nəbiyev “Kəpəz”in bərabərlik topuna imza atdı-“Şamaxı”-“Kəpəz”-1:1
xxxxx
Bu gün milli komandanın 2026 Dünya Çempionatının Seçmə mərhələsindəki oyunları ilə əlaqədar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında VIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün və turun ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edir. “Şirlər” bu oyunda növbətini qazanmağa çalışır. Mövsüm başlayandan xal üzünə həsrət Nizami yurdunun təmsilçiləri isə bu oyunda ən azı bir xal qazanmağa çalışır. Hakim Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada artıq oyunun 11-ci dəqiqəsində “Şamaxı” Sezar Enrikenin qolu ilə hesabı açdı-“Şamaxı”-“Kəpəz”-1:0
Bu gün bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arena”da “Qarabağ”ı qəbul edəcək. Turnir cədvəlinin lideri “tovuzlular” bu oyunda Avrokubok oyunu ərəfəsində olan rəqibindən ən azı xal almağa çalışacaq. UEFA Çempionlar Liqasının liqa mərhələsində səfərdə “Atletletiko Bilbao” ilə qarşılaşacaq “köhlən atlar” bu oyunda çox güc sərf etmədən qələbə qazanmağı istəyəcəklər.
Turun digər görüşləri Şənbə və Bazar günü baş tutacaq. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Şənbə günü ilk olaraq “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Qəbələ”ni qəbul edəcək. Premyer Liqanın sürpriz komandaların dan olan “İmişli” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. “Qəbələ” isə bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər stadionu”n “Karvan-Yevlax”ı qəbul edəcək. “Kimyaçılar” bu oyunda növbəti qələbələrini qazanmağa çalışacaq. Yevlax təmsilçisi isə bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun sonuncu görüşləri Bazar günü baş tutacaq. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Bank Respublika Arena”da “Sabah” “Zirə”ni qəbul edəcək. “Bayquşlar” doğma meydanda növbəti qələbələrini qazanmağa çalışacaq. “Mavi qartallar”da Masazırda üç xal üçün mübarizə aparacaq.
Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Ağ-qaralar” meydana üç xal üçün çıxacaq. Muxtar Respublika təmsilçisi də bu oyunda üç xal qazanmağı hədəfləyəcək.
