Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçirilən “Şamaxı”-“Zirə” oyunu başa çatdı. Gərgin keçən oyun 2:1 “Şamaxı”nın xeyrinə başa çatdı.
xxxx
Oyunun 62-ci dəqiqəsində Karim Ross penaltidən “Şamaxı”nın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirdi-“Şamaxı”-“Zirə”-2:1
xxxx
Oyunun 54-cü dəqiqəsində Alfons Msanqa “Şamaxı”nın bərabərlik topuna imza atdı-“Şamaxı”-“Zirə”-1:1
xxxx
“Şamaxı”-“Zirə” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Zirə” 0:1 hesabı ilə irəldiədir.
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün açılış oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Zirə”ni qəbul edir. “Şamaxı” bu oyunda ən azından məğlub olmamaq haqqında düşünür. “Mavi qartallar” isə meydana üç xal üçün çıxıb. Hakim İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada artıq oyunun 8-ci dəqiqəsində “Zirə” Giorgi Papunaşvilinin qolu ilə hesabı açdı-“Şamaxı”-“Zirə”-0:1
Bu gün bir qarşılaşma daha baş tutacaq.
Bu görüşdən sonra “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. Keçən tur oyunu yarımcıq qalan “Boz qurd” bu oyunda qələbə qazanmağa çalışacaq. Keçən tur qələbəuə sevinən “bayquşlar” bu oyunda da qələbə qazanmağa çalışacaq.
Turun digər görüşləri Bazar və Bazar ertəsi günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün açılış oyununda qədim Gəncə təmsilçisi “Kəpəz” “Qəbələ”ni qəbul edəcək. Nizami yurdunun təmsilçiləri bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. “Qəbələ”də matça üç xal üçün çıxacaq.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Araz-Naxçıvan”ı qəbul edəcək. UEFA Çempionlar Liqasında gözlənilməz olaraq məğlubiyyətə düçar olan “köhlən atlar” Premyer Liqanın oyununda qələbə qazanmağa çalışacaq. Muxtar Respublika təmsilçisi bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun digər oyunları Bazar ertəsi günü baş tutacaq. Bazar ertəsi günü iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. “İmişli” matça üç xal üçün çıxacaq. Yevlaxlılar isə bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Günün və turun sonncu oyununda “Neftçi” “Palms Sports Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Ağ-qaralar” bu oyunda yeni baş məşqçilərinin rəhbərliyi ilə növbəti qələbəsini qazanmağa çalışacaq. “Kimyaçılar”da matça üç xal üçün çıxacaq.
