Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün açılış oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Zirə”ni qəbul edəcək. “Şamaxı” bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək. “Mavi qartallar” isə meydana üç xal üçün çıxacaq. Hakim İnqilab Məmmədovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri məlumdur:
“Şamaxı”nın start heyəti:
1. Rikardo Fernandes(GK)
5. Arsen Ağcabəyov (C)
97. Oruc Məmmədov
82. Rüfət Abbasov
9. Karim Rossi
3. Vladislav Veremeyev
13. Rikardo Apolinario
11. Dioqo Balau
4. Sezar Enrike
44. David Santos
8. Alfons Msanqa
“Şamaxı”nın ehtiyat oyunçuları:
62. Abdulla Seydəhmədov(GK)
99. Səlim Həşimov(GK)
6. Antonio Lara
27. Emil Süleymanov
17. Rafael Məhərrəmli
80. Həbib İsmayılov
21. Bilal İsmayılov
77. Nihat Mehralıyev
14. Ravil Qafarov
24. Sənan Muradlı
19. Abdullahi Şuaybu
“Şamaxı”nın baş məşqçisi:Ayxan Abbasov
“Zirə”nin start heyəti:
97. Tiaqo Silva(GK)
32. Qismət Alıyev (C)
29. Ceyhun Nuriyev
4. Ruan Renato
25. Enrike Kustodio
28. Leroy Mikels
10. Giorgi Papunaşvili
30. Rikardo Martins
5. Ange Mutsinzi
11. Junior Martins
17. Ayron Qomis
“Zirə”nin ehtiya oyunçuları:
13. Aydın Bayramov(GK)
41. Anar Nəzirov(GK)
7. Rövlan Muradov
8. İsmayıl İbrahimli
77. Yeqor Boqomolski
6. Eldar Quliyev
21. Hacıağa Hacılı
16. Fuad Bayramov
14. Elçin Əlicanov
48. Ramiz Muradov
33. Əkbər Eyubov
43.Əhliman Süleymanzadə
“Zirə”nin baş məşqçisi:Rəşad Sadıqov
Bu gün bir qarşılaşma daha baş tutacaq.
Bu görüşdən sonra “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. Keçən tur oyunu yarımcıq qalan “Boz qurd” bu oyunda qələbə qazanmağa çalışacaq. Keçən tur qələbəuə sevinən “bayquşlar” bu oyunda da qələbə qazanmağa çalışacaq.
Turun digər görüşləri Bazar və Bazar ertəsi günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün açılış oyununda qədim Gəncə təmsilçisi “Kəpəz” “Qəbələ”ni qəbul edəcək. Nizami yurdunun təmsilçiləri bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. “Qəbələ”də matça üç xal üçün çıxacaq.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Araz-Naxçıvan”ı qəbul edəcək. UEFA Çempionlar Liqasında gözlənilməz olaraq məğlubiyyətə düçar olan “köhlən atlar” Premyer Liqanın oyununda qələbə qazanmağa çalışacaq. Muxtar Respublika təmsilçisi bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun digər oyunları Bazar ertəsi günü baş tutacaq. Bazar ertəsi günü iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. “İmişli” matça üç xal üçün çıxacaq. Yevlaxlılar isə bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Günün və turun sonncu oyununda “Neftçi” “Palms Sports Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Ağ-qaralar” bu oyunda yeni baş məşqçilərinin rəhbərliyi ilə növbəti qələbəsini qazanmağa çalışacaq. “Kimyaçılar”da matça üç xal üçün çıxacaq.
