Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Tokatda baş verib.
Hadisə zamanı jandarmanın “saxla” əmrinə tabe olmayan sürücü jandarmanı vurub. Qəza jandarmanın yaralanmasına səbəb olub. O dərhal xəstəxanaya yerləşdirilib. Minik avtomobilinin sürücüsü polis tərəfindən saxlanılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
