Türkiyədə silahlı insident baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Diyarbakırda baş verib.
Hadisə zamanı iki ailə arasında davada tərəflər silahdan istifadə edib. Bir avtomobildə olan ailə güllə atəşinə tutulub. Hadisə zamanı 1 nəfər ölüb. Hadisə 1 nəfərin yaralanmasına səbəb olub. Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
