Türkiyədə silahlı insident baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Ankarada baş verib.
Tuneldə iki avtomobilin sürücüləri arasında yaranan mübahisə sonradan silahlı insidentə çevrilib. Avtomobilin birində olan şəxslər atəşə tutulub. Haidsə zamanı 1 nəfər ölüb. İnsident 1 nəfərin yaralanmasına səbəb olub. Hadisəni törədən şəxslər ərazidən qaçıb. Hadisə ilə bağlı araşdırmalara və onların axtarışına başlanılıb.
//Nəzər.Media
