• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Sonuncu gündə 4 medal

22 Noyabr, 25 / 0:14
A A
Sonuncu gündə 4 medal

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarına yekun vurulub.

Sonuncu gündə sərbəst güləşdə 4 çəki üzrə mübarizə baş tutub. Güləşçilərimizin hər biri fəxri kürsüyə qalxıb.

Ağanəzər Novruzov (74 kq) debütdə türkiyəli dünya üçüncüsü Fazlı Eryılmaza 6:3 hesabı ilə, daha sonra isə uqandalı Rocers Mukyedaya tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Bəhreynli Maqomedrasul Asluyevlə görüşdə 0:5 hesabı ilə geridə olan həmyerlimiz sonuncu dəqiqədə əzmkar qələbə qazanıb – 7:5. Finalda iranlı Yunis İmamiçoğayiyə (0:5) məğlub olan Ağanəzər gümüş medala sahib çıxıb.

Arseniy Djioyev (86 kq) startda ikiqat dünya çempionu Kamran Qasempurla üz-üzə gəlib. İranın titullu güləşçisinə 5:3 hesabı ilə qalib gələn təmsilçimiz əlcəzairli Benfercallah Fatehə heç bir şans tanımayıb – 11:0. Yarımfinalda tacikistanlı Maqomet Yevloyevi və finalda bəhreynli Xıdır Saypudinovu 5:1 hesabı ilə üstələyən Djioyev Ər-Riyadda himnimizi səsləndirib.

Maqomedxan Maqomedov (97 kq) 1/4 finalda qazaxıstanlı dünya çempionu Rizabek Aytmuxana (2:12) uduzub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan təmsilçimiz misirli Mohamed Salaheldinə tam üstünlüklə (18:6) qalib gəlib. Bürünc medal uğrunda görüşdə isə olimpiya və dünya çempionu Ahmed Tajudinov xalçaya çıxmadığından Maqomedxan üçüncü yeri tutub.

Georgi Meşvildişvili (125 kq) özbəkistanlı Həsənboy Rəhimovla görüşdə 7:5 hesabı ilə öndə olarkən rəqib zədələndiyi üçün növbəti mərhələyə adlasa da, bəhreynli Shamil Sharipovla gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimal fərqlə (6:7) məğlub olub. Təcrübəli yığma üzvü misirli Abdelrahman Şeyatana 5:0 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.

Beləliklə, sonuncu yarış günündə güləşçilərimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Ümumilikdə 4 gün boyunca idmanın bu növündə 2 qızıl, 5 gümüş və 4 bürünc olmaqla 11 medal əldə edilib.

Previous Post

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 23-cü görüşünü keçirib

Next Post

Ciu-Citsu Dünya Çempionatı keçirildi

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.