Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir. Seçmə komandamızın üzvləri bu gün daha bir mükafata layiq görülüblər. Qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə – Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb. Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komandamız yarışın bürünc mükafatına layiq görülmüşdü.
